Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Bahar Muradovadan bəzi şəhid ailələrinin narazılığına MÜNASİBƏT: "Ədalət bərpa olunmalıdır"

Baxılıb: 299     Tarix: 10-12-2018 15:30   
Bahar Muradovadan bəzi şəhid ailələrinin narazılığına MÜNASİBƏT: "Ədalət bərpa olunmalıdır"
"Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qanunda hansısa dəyişiklik etməsinə ehtiyac yoxdur".
Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Şəhid ailələrinin bununla bağlı etirazlarına münasibət bildirən vitse-spiker vurğulayıb ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilmiş 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi qanunauyğun şəkildə aparılır: "Cənab Prezidentin bu məsələ ilə bağlı müvafiq fərmanı var. Eyni zamanda Milli Məclis bununla bağlı qanun qəbul edib və sənəddə bütün aspektlər nəzərə alınıb. İcra orqanları bu qanuna əsaslanaraq fərmandan irəli gələn vəzifələri yerinə yetirməkdədilər. Tək-tək hallara gəldikdə isə, biz buna dəfələrlə münasibət bildirmişik. Parlamentin bununla bağlı hansısa qanuna dəyişiklik etməsinə ehtiyac yoxdur".

B.Muradova əlavə edib ki, bu baxımdan ayrı-ayrı şəxslərin məsələləri fərdi şəkildə araşdırılmalıdır: "Lazım gəldikdə, müvafiq icra və məhkəmə orqanları vasitəsi ilə ədalət bərpa olunmalıdır. Mən birmənalı olaraq bu şəxslərin haqlı və ya haqsız olduğunu söyləyə bilmərəm. Bunu bu işə cavabdeh olan icra və məhkəmə orqanları müəyyənləşdirməlidirlər".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.unikal

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər