Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Azərbaycan İrəvanda verilən fəxri medaldan imtina etdi - FOTO

Baxılıb: 464     Tarix: 27-11-2018 19:02   
Azərbaycan İrəvanda verilən fəxri medaldan imtina etdi - FOTO


Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilir.

Sumqayitfakt.Az modern.az-a istinadən xəbər verir ki, QDİƏT PM-nin iclasında Azərbaycanı millət vəkili Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

E. Quliyev QDİƏT-in yaradılmasının 25 illiyi münasibətilə Ermənistanın təltif etdiyi fəxri medaldan açıqlıqla imtina edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, beynəlxalq təşkilatda fəaliyyətinin iki il yarım yəni, qısa müddət olduğundan bu cür mükafatı qəbul etməyi doğru saymayıb.

Deputat onu da əlavə edib ki, məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur. Həmin medaldan Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və Ukrayna da imtina edib.

Plenar iclasda nümayəndə heyətimizin rəhbəri E.Quliyev "İqtisadi əlaqələrin genişləndirilməsində parlamentlərin rolu” və Siyasi və hüquqi məsələlər üzrə komitənin iclasında "Azərbaycan həmkarlar ittiqaqının ölkəmizdə rolu" mövzularında çıxış edib.

E.Quliyev həmçinin, PM-nin iclasınıda müşahidəçi qismində iştirak edən İran İslam Respublikasının İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndəsi xanım millət vəkili Məsuma Ağanur Əlişahi ilə də görüşüb.

O, xanım millət vəkilini Bakıda keçiriləcək QDİƏT PM-nin 53-cü plenar sessiyasında da iştirak etməyə dəvət edib. Xanım millət vəkili öz növbəsində minnətdarlığını bildirərək dəvəti məmnuniyyətlə qəbul edib.

Qeyd edək ki, QDİƏT PM-nin iclasları davam edir, qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər