Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Ermənistan-İran sərhədi bağlana bilər - işğalçı ölkədə şok yaşanır

Baxılıb: 365     Tarix: 02-11-2018 09:41   
Ermənistan-İran sərhədi bağlana bilər - işğalçı ölkədə şok yaşanır


Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran ətrafında baş verənlər barədə dedikləri işğalçı ölkədə təşviş doğurub. Respublika partiyasından olan deputat Armen Aşotyan özünün feysbuk səhifəsində yazıb ki, Paşinyanın Ermənistan-İran sərhədinin de-fakto bağlanmasının mümkünlüyü barədə dedikləri qəbulolunmazdır və təhlükəlidir.

“Geopolitik inkişafa baxmayaraq və hətta ən gərgin situasiyalarda bu sərhəd həmişə açıq olub. Xatırlamaq lazımdır, 90-cı illərdə bu sərhəd döyüşən və blokadada olan Ermənistan üçün “həyat yolu” idi”-deyə, Aşotyan bildirib. O əlavə edib ki, ABŞ və ya başqa ölkəyə görə Ermənistanın xarici siyasətinin prioritetlərini müəyyənləşdirmək qəbulolunmazdır. Deputat bildirib ki, ABŞ və İran arasındakı mümkün hərbi qarşıdurma region üçün fəlakətlər vəd edir.

“İranla sərhədin bağlanması bizi xilas edə bilməz, cənablar”-Aşotyan əlavə edib.

A.Aşotyan ekstremal situasiyalara hazır olub-olmamaqla bağlı sual edib, ardınca daha uzağa gedərək həyasızcasına Dağlıq Qarabağ separatçılarının taleyinə diqqət çəkməyə çalışıb.

Biz həm də olduqca vacib faktı – Artsax (Dağlıq Qarabağ-red.) və İran sərhədini unutmamalıyıq, hansı ki, Ermənistanla sərhəddən üç dəfə uzundur. Bəs, siz bu haqda düşünmüsünüzmü? Artsax hökuməti ilə (?-red.) mümkün ssenarilərlə bağlı birgə fəaliyyəti müzakirə etmisinizmi? Yüksək səslə bəyanat verəndən sonra çoxsaylı suallarla üzləşməyə hazır olun”.

Qeyd edək ki, Ermənistan parlamentinin 1 noyabr tarixli iclasında N.Paşinyan Ermənistan-İran sərhədi barədə bəyanat verib. O deyib ki, ABŞ və İran arasındakı gərginliyə və geopolitik situasiyaya görə Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər.

Xatırladaq ki, ABŞ rəsmisi Con Boltonun Ermənistan səfərindən sonra işğalçı ölkədə ciddi narahatlıqlar baş qaldırıb. Hələ Levon Ter-Petrosyanın Ermənistan üçün “nəfəslik” adlandırdığı Ermənistan-İran sərhədinin-Mehri dəhlizinin bağlanması işğalçı ölkənin intiharı demək olar./musavat.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər