Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Gömrükdə 2 vəzifəli şəxs işdən azad edildi - Qaçaqmalçılığa görə

Baxılıb: 477     Tarix: 02-10-2018 19:21   


Dövlət Gömrük Komitəsin (DGK) iki əməkdaşı qaçaqmalçılığa görə vəzifəsindən azad edilib.


Sumqayitfakt.Az bildirir ki, bu barədə report-a Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Muxtarov Nazim Əlimcanoviç "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib.

Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan 79 ədəd "İphone" markalı mobil telefon, 2 ədəd "Samsung" markalı mobil telefon, "İphone" markalı mobil telefona aid 3 ədəd qulaqcıq, 5 ədəd adapter, 19 ədəd boş qutu və 2 ədəd "Kingston" markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.

Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Nazim Əlimcanoviç Muxtarov şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynli ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

Eyni zamanda müəyyən olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynli əvvəllər də qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Rəhman Qasım oğlu Əliyev ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Ariz Behbud oğlu Hüseynli və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər və vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər