Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Bəzi gömrük məmurları korrupsiya hallarında iştirak edir (RƏSMİ)

Baxılıb: 386     Tarix: 28-09-2018 12:13   
Bəzi gömrük məmurları korrupsiya hallarında iştirak edir (RƏSMİ)


"Kiçik kiçik ticarətlə məşğul olan Azərbaycan vətəndaşları var ki, onlar icazə verilən həcmdən artıq və yaxud qanunla keçirilməsi icazə verilməyən malların sərhəddən keçirilməsinə cəhd edirlər”.

Sumqayitfakt.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov Qusarda Komitəin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

"Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlı isə budur ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir, lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, gömrük işçilərini təhqir edir, növbədən kənar keçmək istəyirlər", - deyə o, qeyd edib.

A.Süleymanovun sözlərinə görə, bunun bir çox səbəbləri var: "Səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin”.

A. Suleymanov onu da bildirib ki, bəzi sərhəd rayonlarında kiçik ticarətlə məşğul olan insanlar sərhəddən siqaret və spirtli içkilər keçirilər: "Onlar insanların ağır yükünü alaraq özləri aparır. Əvəzində sərhəddi keçən insanlara bir blok siqaret və yaxud bir butulka spirtli içki verirlər. Onlara deyirlər ki, gömrüyün o başında sənden bu siqareti alacaqlar. Təbii ki, biz bu cür halları bilirik. Bütün bunlar bizə məlumdur. Ancaq hazırda bunun qarşısını qanunla almaq mümkün deyil. Bununla bağlı hər hansı cəza tədbirləri yoxdur. Bu cür insanlara qarşı hər hansı cəza tədbiri həyata keirmək mümkün deyil. Biz mətbuatı belə halları aşkar etdikdə bunu qabartmağı və bizə ictimai nəzarətdə kömək etmələrini istərdik”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər