Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

"Dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir" - Azay Quliyev

Baxılıb: 2209     Tarix: 30-08-2018 14:59   
"Dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir"


Bu gün Azərbaycanın ən öndə duran problemlərindən biri dini radikalizmdir. Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir.

Sumqayitfakt.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev "Qeyri-hökumət təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili" adlı konfransda deyib.

A.Quliyev bildirib ki, Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi ciddi düşündürən məsələdir.

O qeyd edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirici işlər aparılmalıdır: "Son illərdə Şura bu istiqamətdə 62 layihə maliyyələşdirib. Təklif edirəm ki, gələcəkdə Şura ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə qrant müsabiqələri keçirsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin".

A.Quliyev hesab edir ki, bu məsələdə cəmiyyətin, xüsusən qeyri-hökumət təşkilatlarının səfərbər olmasına ehtiyac var.

Şura sədri təklif edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə koordinasiya şurası yaradılsın.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər