Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Ombudsmanın MAAŞI VƏ PENSİYASI artırıldı

Baxılıb: 277     Tarix: 04-05-2018 12:50   
Ombudsmanın MAAŞI VƏ PENSİYASI artırıldı


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Sumqayitfakt.Az xəbərinə görə, bu dəyişiklik Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlıdır.

Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qanuna edilən dəyişiklik mayın 1-dən tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur. 1937-ci il təvəllüdlü E.Süleymanova 2002-ci ildən Azərbaycanın insan hüquqları üzrə müvəkkilidir, onun səlahiyyət müddəti 2017-ci ildə başa çatıb./report


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər