Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Rza Pəhləvinin mumiyası tapıldı - FOTO

Baxılıb: 3111     Tarix: 25-04-2018 09:08   
Rza Pəhləvinin mumiyası tapıldı - FOTO


İran hökmdarı Rza şah Pəhləvinin mumiyası Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.

Sumqayitfakt.Az report-a istinadən xəbər verir ki, Tehran İslam Şurası Mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.

Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.

Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində doğulub. Atası Abbas Əli Savadkuhda hərbçi (polkovnik), anası Nüşafarin Zəhra Qafqazlı mühacir olub.

1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub. Həmin il faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirildi.

O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra onun Misirdə mumiyalanaraq Qahirədəki Al- Rifanın məscidində gizlədildiyi, 1950-ci ildə isə Rey şəhərində dəfn olundğu iddia edilir. 1979-cu il fevral inqilabından sonra Rza şah mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər