Milli Məclisdə deputatların sayı azaldı » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Milli Məclisdə deputatların sayı azaldı

Baxılıb: 4146     Tarix: 21-04-2018 22:05   
Milli Məclisdə deputatların sayı azaldı


Milli Məclisin deputatlarının sayı azalıb.

Ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.

Bu səbəbdən yaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.

Qeyd edək ki, R. Rzayevin Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı daha bir nəfər azalacaq.

Bu yerdə qeyd edək ki, 5-ci çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.

Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, M. Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisinin böyük bir hissəsi erməni işğalında olan Cəbrayıl rayonunu, R. Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər