Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Aprelin 12-də ilin ən güclü təlatümü olacaq və... - Azərbaycanlı ALİM AÇIQLADI

Baxılıb: 4138     Tarix: 06-04-2018 14:59   
[left][/left]

Biz Günəşdəki dəyişiklikləri NASA-nın saytından izləyə bilirik. Müşahidələrimizə görə, hazırda Günəşdə vəziyyət stabildir. Aprelin 12-də zəif həyəcanlaşma gözlənilir, həmin günlərdə vəziyyət qırmızı xətlə göstərilir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından direktoru Namiq Cəlilov publika.az-a aprel ayında Günəşdə güclü qasırğaların olacağı xəbərlərini şərh edərkən deyib.

N.Cəlilovun sözlərinə görə, həmin gündə həyəcanlaşma insanların hiss edəcəyi şkalanın aşağı səviyyəsindədir:


“Mayın 11-15-də də zəif həyəcanlaşma da müşahidə ediləcək. Lakin narahatlığa əsas yoxdur. Çünki maqnit qasırğalarının gücü G1-G5 arasında dəyişir. Meteohəssas insanlar, adətən, G4-G5 səviyyələrində səhhətlərində narahatlıq hiss edirlər. Aprel ərzində, hətta ayın 12-də belə səviyyə G1-dən də aşağı olacaq. Proqnoz yaxın vaxt üçün olduğundan hazırkı vəziyyətə inanmaq olar. Mayın 3-nə qədər isə zəif maqnit qasırğası müşahidə ediləcək. Günəşdən plazma axını və onun təlatümləri hər zaman olur. Lakin əlavə atılmalar olanda Yerə dəyən zərbələr 1 gün ərzində daha çox olur, biz də onu hiss edirik. İndi Günəşdə tam sakit dövr olduğundan o cür atılmalar yoxdur. Axınlar Yerin maqnit sahəsini silkələyir, o da zəif qasırğalara səbəb olur ki, insanlar onu hiss etmir. Ümumiyyətlə, aprel, may ayı ərzində zəif təlatümlər olacaq, zəiflər içərisində ən güclüsü aprelin 12-də olacaq”.

Direktor indi Günəşdə sakitlik olsa da, sonrakı günlərdə aktivliyin artmasının mümkünlüyünə də aydınlıq gətirdi:


“Günəşin bütün dalğa uzunluqlarında, həm görünən oblast, həm də qısa dalğa uzunluqları oblastı birbaşa internetə qoyulur. Günəşin diskində maqnit sahəsi ilə bağlı aktivlik yoxdur. Aktivlik yoxdursa, alışmalar yoxdur. Alışma olmadığına görə güclü maqnit qasırğasının olacağı barədə yazılanlar doğru deyil. Hazırkı müşahidələr əsasında ən azından 7-8 gün öncədən ola biləcək təlatümlər barədə dəqiq fikir demək mümkündür. Hazırda vəziyyət tam sakitdir”.

Qeyd edək ki, Rusiya mətbuatında yer alan məqaləyə görə, aprel ayının ortalarında Yer kürəsində güclü manit qasırğası müşahidə ediləcək. Arelin 11-i, 13-ü və 19-da geomaqnit həyəcanlaşma, 12 apreldə isə güclü geomaqnit qasırğasının olacağı barədə proqnoz verilib. Məlumata görə, qasırğa xroniki xəstəliklərdən əziyyət çəkənlərə təsir edəcək.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər