Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

5 nəfərin ölümünə səbəb olan sürücüdən XƏBƏR VAR

Baxılıb: 556     Tarix: 20-09-2017 12:12   
5 nəfərin ölümünə səbəb olan sürücüdən XƏBƏR VAR
Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə "Mercedes C-Class" markalı avtomobilin sürücüsünün digər avtomobilə yol verməməsi səbəbindən baş verib. Belə ki, sentyabrın 20-də səhər saatlarında Bakı-Ələt-Astara yolu ilə hərəkət edən "Mersedes E-Class" markalı avtomobil "Mercedes C-Class" markalı avtomobili ötüb və həmin avtomobilin qarşısında hərəkət edən "KamAZ" markalı yük maşınını da keçmək istəyib. Bu an qarşı istiqamətdə hərəkət edən başqa bir minik avtomobili ilə qarşılaşıb və sürət həddini azaldaraq KamAZ-la "Mercedes C-Class"ın arasına keçməyə cəhd edib. Həmin vaxt KamAZ-ın arxasınca hərəkət edən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü "Mercedes E-Class" markalı avtomobilin sürücüsünə yol verməyib. Nəticədə "E-Class" KamAZ-a çırpılıb və hadisə nəticəsində 5 nəfər həlak olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə təqsirli bilinən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü saxlanılaraq istintaqa cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində "Mercedes E-Class" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, onun anası Pəri Əhmədov və qohumu İlhamə Kazımova həlak olublar.

Sumqayitfakt.Az
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər