Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki, qanın töküləcək" - QALMAQAL

Baxılıb: 464     Tarix: 18-09-2017 20:54   
Birinci sinif müəllimi: "Elə çimdik alacam ki, qanın töküləcək"
Yeni dərs ili başlar-başlamaz məktəblərdən şikayətlər gəlməkdədir. Abşeronun Saray qəsəbəsində 3 saylı məktəbin birinci sinif şagirdi Vaqif Balayev müəllimi tərəfindən şiddətə məruz qalıb.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə lent.az-a Vaqifin valideyni Aytən Əliyeva məlumat verib. Onun sözlərinə görə, uşaq sinifdən çıxanda vahimə içində olub və müəlliminin onu vurduğunu deyib:

- Sentyabrın 15-də sadəcə şəkil çəkdirib evə gəldik. İlk dəfə bu gün uşaq müəllimi görüb. Sinif otağından müəllimin səsi gəlirdi. Elə hey balacalara qışqırırdı. Oğlum dərsdən çıxanda gördüm əhvalı yaxşı deyil. Soruşdum, dedi, müəllim məni vurdu. Sonra bütün uşaqlara deyib ki, ayağınızı divara vursanız, ayaqlarınızı kəsərəm, evə qulaqsız, ayaqsız gedərsiniz.

Birinci sinif şagirdinə qarşı ağlasığmaz hərəkəti məktəbin rus bölməsi üzrə müəllimi Təranə Kair qızı edib. Təzə dəftər-kitablarına maraq göstərən Vaqif dəftərlərini açıb baxmaq istəyib. Bu da müəllimin xoşuna gəlməyib və uşağın əlindən çimdikləyib. Üstəlik xəbərdarlıq da edib ki, bu hərəkəti bir daha edərsə, elə çimdik alacaq ki, qanı töküləcək.

A. Əliyeva əslində Vaqifi başqa müəllimin sinfinə qoyduğunu deyir.

- Uşağı Yeganə müəllimin sinfinə qoymuşdum. Analıq məzuniyyətində idi, sonra də işdən çıxıb. Bu haqda məktəb rəhbərliyi tərəfindən sinfin heç bir valideyninə məlumat verilməyib. Biz Yeganə müəllimi gözləyirdik, Təranə müəllim gəldi. Direktor dedi, əvəzedici müəllimdir. Nazirliyə məlumat verib, Yeganə müəllimin yerinə təzə müəllim gələcək. Gəlməsə, elə Təranə müəllim dərs keçəcək. Təranə müəllimin isə öz sinfi var. İkinci siniflərə dərs keçir.

A. Əliyeva uşaqlarla düzgün davranmağı bilməyən Təranə müəllimin övladına dərs keçməsini istəmir: "Bu haqda Təhsil Nazirliyinə, Təhsil İdarəsinə də şikayət etmişəm".

Bütün yayı həvəslə məktəbi gözləyən Vaqif indi məktəbə getmək istəmir.

- Vaqif çox qorxub. Məktəbə getmək istəmir. Bilmirəm, sabah onu məktəbə necə aparacağam?! Onun hələ 6 yaşı var. Müəllim məktəbi sevdirmək əvəzində, əksinə məktəbdən soyudur. Onun hələ 6 yaşı var. Psixoloji travma alıb. Müəllimin cəzalanmasını istəyirəm.

Məsələ ilə bağlı Abşeron rayon Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Lent.az-a məsələnin araşdırıldığını, əlavə məlumat verə bilməyəcəklərini dedilər.
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər