Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Abşeronda ata və qızının qətlinin bəzi təfərrüatları açıqlanıb – RƏSMİ

Baxılıb: 778     Tarix: 11-09-2017 20:17   
Abşeronda ata və qızının qətlinin bəzi təfərrüatları açıqlanıb
Respublika Baş Prokurorluğu və Daxili-ishler-nazirliyiRespublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş qətl barədə birgə məlumat yayıb.
Məlumatda deyilir ki, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
“Belə ki, cari il sentyabrın 9-da Bakı-Şamaxı magistral yolunun 10-cu kilometrliyində, Sulutəpə dairəsində üzərlərində müxtəlif dərəcəli zorakı xəsarətlər olan kişi və qadın meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxslərin Qaradağ rayonunun Müşfiq qəsəbə sakinləri – Allahverdi Əsədov və qızı Samirə Əsədova olmaları müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, S. Əsədova ilə qeyri rəsmi nikah münasibətlərində olan Sahib Hacıyev tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, S.Hacıyev sentyabrın 9-da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə A. Əsədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobili təqib etdikdən sonra S. Əsədovanın maşına oturmasının qarşısını almaq üçün avtomobilini A. Əsədovun avtomobilinin arxasına qəsdən vurub. Sonra avtomobildə gəzdirdiyi mətbəx bıçağı ilə əvvəlcə S.Əsədovaya, sonra isə A.Əsədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib. Hər iki şəxs aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ölüb.

S.Hacıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – deyə məlumatda bildirilir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər