Xəbər xətti

22-09-2017

21-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Bakıda məcburi köçkünləri aldadıb, pullarını aldılar - Cinayət işi

Baxılıb: 729     Tarix: 08-09-2017 18:44   
Bakıda məcburi köçkünləri aldadıb, pullarını aldılar

Bakıda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Rabil Rəhimov və Şəfayət İsmayılov məcburi köçkünlərdən külli miqdarda pul alıblar. Hər iki şəxs Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd edərək onlara qarşı dələduzluq ediblər.
İttihama görə, onlar Zülfiyyə Hüseynovadan 5400, Etibar Əliyevdən 4000, Tehran Məmmədovdan 6000, Bəxtiyar Əzizovdan 4000, Nazilə Ağayevadan 2000, Səyyarə Çələbiyevadan 6000, Sevil Emilovadan 7000, Səməd Əbilovdan 3500, Kəmalə Quliyevadan 16000, Ləman Əliyevadan 15000, Şahin Abdullayevdən 8030, Rafiq Cəfərovdan 13600, Cabir Məmmədovdan 8000, Ceyhun Qurbanovdan 45000 manat alıblar.
Məlum olub ki, təqsirləndirilən şəxslər pullarını ələ keçirdikləri şəxsləri Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş binalara apararaq mənzilləri göstəriblər. Zərərçəkmişlərə mənzillərin açarlarını da veriblər. Rabil Rəhimov və Şəfayət İsmayılov onlara satacaqları evlərlə bağlı sənədlər də imzaladırıblar.
Sonradan zərərçəkmişlərin aldadıldığı üzə çıxıb və bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Müraciət əsasında hər iki şəxs həbs edilib. Təqsirləndirilənlərin hər ikisi də məcburi köçkündür. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Prokurorun çıxışından sonra söz alan təqsirləndirilən şəxslər elan elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Amma bəzi epizodlar üzrə pulun məbləğlərinin düzgün olmadığını deyiblər. Onlar zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını söyləyiblər.publika.az


Sumqayitfakt.Az
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər