Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

İrəvanda Moskvaya qarşı QİYAM : Rusiya Çinlə əvəz edilir

Baxılıb: 363     Tarix: 08-09-2017 09:45   
İrəvanda Moskvaya qarşı QİYAM


Çinə birinci rəsmi səfəri zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Çin silahlarının alınmasında maraqlı olduğunu bildirdi. Baxmayaraq ki, Ermənistan Rusiya ilə artıq bir sıra müqavilələr bağlayıb. İki il əvvəl Moskva İrəvana hərbi məhsulların əldə edilməsi üçün 200 milyon dollar ölçüsündə ixracat krediti verib. Bu pulla “Smerç” reaktiv yaylım atəş sistemləri və onun sursatlarını, “İqla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.
Publika.az xəbər verir ki, “RİA-Novosti” agentliyinin yazdığına görə, görünür, bu böyük arsenal erməni Müdafiə Nazirliyi üçün az görünüb və buna görə də üzünü Çinin müdafiə-sənaye kompleksinə yönəldib.



Lakin ekspertlərin fikrincə, əslində Çin silahı Ermənistana o qədər də lazım deyil və əsas məqsəd Rusiyanı şantaj etməkdir. Məlumdur ki, Çin də heç vaxt Ermənistana öz silahlarının perspektivli idxalatçısı kimi baxmayıb. Vigen Sarkisyanın özünün sözlərinə görə, İrəvanın əsas müttəfiqi olan Moskva ilə imzalanan silah müqavilələri ona Çinlə hərbi əməkdaşlığa mane olmur.
Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik əmindir ki, İrəvanın bütün bu bədən hərəkətləri və bəyanatlarının əsas məqsədi dünyada müasir silahın tək eksportçusu olmadığını Rusiyaya yumşaq şəkildə xatırlatmaqdır.



“Belə bəyanatlar ilk növbədə Rusiyanın şantajına yönəlib. Çindən silah alınması ehtimalını istisna etmirəm. Bu ağlasığmaz görünsə də, təklif çox əlverişli olacağı halda mümkündür. Belə presedentlər artıq var: İrəvan daha əvvəl Çindən reaktiv yaylım atəş sistemləri alıb və bununla kifayətlənib”, - Aleksandr Xramçik deyib.
O, əlavə edib ki, Ermənistan silah çatdırılması Çinin özü üçün də reklam baxımından maraqlı ola bilər: “Bununla bütün dünyaya nümayiş etdirmək olar ki, o, Rusiya üçün ənənəvi olan silah bazarlarına soxulur”.
Ancaq Texnologiyalar və Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko Ermənistan-Çin hərbi əməkdaşlığı üçün o qədər nikbin düşünmür. Onun sözlərinə görə, İrəvan ödəmə qabiliyyətinin məhdud olması baxımından Pekin üçün cəzbedici olmaya bilər.



“Sözsüz ki, Ermənistan suveren ölkədir və uyğun gördüyü ölkədən silah əldə etmək hüququna malikdir. Amma məsələ ondadır ki, çinlilər pulu saymağı bacaran praqmatik insanlardır və onlar silah sazişlərini maksimum əlverişli şərtlərlə bağlamağa çalışırlar. Burada həm sürətli maliyyə xeyri, həm də resurslara maraq ola bilər. Məsələn, Afrika ölkələri Pekinə resurslar nöqteyi-nəzərindən maraqlıdır. Ermənistanda isə faktiki olaraq bunlardan heç biri yoxdur. Çindən hər hansı güzəştlərə nail olmaq çox çətin olacaq”, - deyə Konstantin Makiyenko vurğulayıb.
Bundan başqa, o qeyd edib ki, Çin və Rusiya silahının bir çox növlərinin genetik oxşarlığına baxmayaraq, genişmiqyaslı alınmalar halında Ermənistan maddi-texniki təminatının bütün sistemini yenidən qurmalı olacaq. Ekspert bildirb ki, İrəvan bunun üçün böyük miqdarda pul xərcləməlidir. O, Ermənistanın Çindən Hava Hücumundan Müdafiə sistemləri, tank əleyhinə vasitələr, döyüş sursatları və pilotsuz uçuş aparatları almasını mümkün hesab edir. Konstantin Makiyenkonun fikrincə, Çin tankları dəqiq “Ermənistana gəlməyəcək”.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər