Xəbər xətti

22-09-2017

21-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Azərbaycanlı milyoner 7 mətbu orqanı məhkəməyə verdi

Baxılıb: 447     Tarix: 05-09-2017 17:10   


Azərbaycanlı xeyriyyəçi, milyoner, şair Gülağa Qəmbərov (Tənha) ölkənin bir neçə media qurumuna qarşı məhkəmə iddiası qaldırıb.

Sumqayitfakt.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şair Tənha onun adı keçən məqalələrə görə sayt baş redaktorlarının cəzalandırılmasını istəyib. G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.

Milyonçu şair adıçəkilən şəxslərdən yarım milyon manat təzminat tələb edib. Bununla yanaşı, adıkeçən yazıların saytdan silinməsi, təkzib verilməsi və üzr istənilməsini cavabdehlərin üzərinə qoyub.

G.Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon Məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardandan şikayət edib və növbəti dəfə onun ərizəsi icraata qəbul edilib. Prosesə hakim Ayaz Məmmədov sədrlik edir, məhkəmə sentyabrın 18-də davam etdiriləcək.

Gülağa Qəmbərovun Qafqazinfo-ya qarşı iddiasına səbəb olan yazı isə onun şikayəti ilə həbs edilən “Real” MTK-nın sahibi və təsisçisi İlham Qasımovun cəzasının Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılması barədədir. G.Qəmbərov İ.Qasımovun ona 19,5 milyon manat “atdığını” iddia edib və Bakı Ağır Cinayətlər Məhkəməsi İ.Qasımova 15 il cəza verib. Yuxarı instansiya məhkəməsi isə bu cəzanı 3 il azaldıb. Xeyriyyəçi, milyoner bu xəbəri özünə təhqir hesab edib.






loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər