Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Yaxşı eləmişəm..."-6 nəfəri güllələyən məmur oğlunun kimliyi bəlli oldu

Baxılıb: 13763     Tarix: 22-12-2015 16:32   
Ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında 6 nəfəri güllələyən Məhərrəm Əliyevin atasının kimliyi məlum olub.

Pia.az-ın əldə etdiyi məlumata görə, 6 nəfəri mübahisə zəminində gülələyən Məhərrəm Əliyevin atası 14 saylı Ərazi Vergilər İdarəsinin rəsis Fəxrəddin Əliyevdir.

Vergilər naziri Fazil Məmmədovun kadrı sayılan və Binəqədi icra başçısı Xaləddin İsgəndərovun yaxın adamı kimi qələmə verilən Fəxrəddin Əliyevin uzun müddətdən bəri vergi sistemində çalışdığı deyilir.

Yenilənib: 16:30

Sumqayıtfakt.az portalının xəbərinə görə, Lökbatan qəsəbəsində baş vermiş silahlı insident nəticəsində yaralanan şəxslərin hazırda vəziyyəti sabitdir.
"Yaxşı eləmişəm..."-6 nəfəri güllələyən məmur oğlunun kimliyi bəlli oldu
Azvision.az saytının 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan əməkdaşının verdiyi xəbərə görə, insident zamanı yaralanan şəxslərdən 3-ü artıq evə buraxılıb. Yaralılardan 1-i travmatologiya, 2 nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralı şəxslər polis nəzarətindədir.

Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan 37 yaşlı Rafiq Kərimov Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmiş. Rafiq ailəlidir və körpə uşaqları var.

Hadisənin təfərrüatlarına gəlincə isə insident zamanı yaralan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Bu münasibətlə Ədalət Həsənov daş karxanasında işlədiyi dostlarını övladının ad gününə dəvət edibmiş.

Mərasim keçirilən zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və onun Samir adlı dostu Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyiblər.

Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb.

Nəticədə 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir.

Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda hadisənin tördənlərdənlərin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs olduğu müəyyən edilib. Eyni zamanda polislərin nəzarətində hadisəni törədən şəxslərdən biri 1 saylı Şəhər Kliniki Xəstəxanasın gətirilərək xəsarət alanlarla üzləşdirilib.

Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs yüksək vəzifəli şəxsin oğludur.

Xəstəxana işçilərinin bildirdiyinə görə, silahdan atəş açan şəxs görüş zamanı “Günahkar mənəm, yaxşı eləmişəm” - deyə cavab verib.
“Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm. O, atasının vəzifədə işlədiyini deyərək hamını hədələdi”- deyə yaralıların qohumları deyib.
"Yaxşı eləmişəm..."-6 nəfəri güllələyən məmur oğlunun kimliyi bəlli oldu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər