Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Gözlərində qalan bir həsrəti var, səni unutmağım çətin olacaq...

Baxılıb: 2120     Tarix: 06-11-2021 22:21   
Gözlərində qalan bir həsrəti var, səni unutmağım çətin olacaq...
Şəfəq Xəzər

Çətin olacaq

Toxuna biləydim dodağına kaş,
İstəmir tökülsün yanağıma yaş,
Dəyməsin heç zaman ayağına daş,
Səni unutmağım çətin olacaq.

Təzələmə yenə ağrılarımı,
Cavabsız buraxma sorğularımı,
Oyatdın yenidən duyğularımı,
Səni unutmağım çətin olacaq.

Şəfəqin yanında azmı xətri var?
Gül qoxuyan gör nə gözəl ətri var,
Gözlərində qalan bir həsrəti var,
Səni unutmağım çətin olacaq.

Gözəldi

Ağacların gülümsəyir - barı var,
Bu dağında heyvası var, narı var,
Boyu bəstə gör nə gözəl yarı var,
Yarın yanağında xalı gözəldi.

Hər gərdişin öz zamanı, anı var,
Şükür yaradana doğan danı var,
Mənim istəyimin bir ünvanı var,
Yarın dodağında balı gözəldi.

Çox xoş olur darayanda telini,
Bəyənirəm yarın şirin dilini,
İstəyir ki, qucaqlayım belini,
Başında rəngarəng şalı gözəldi,


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər