Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Naibə Yusublu: "Gülnarə İsrafilin Bermud üçbucağı..."

Baxılıb: 4429     Tarix: 22-10-2021 17:32   
Naibə Yusublu: "Gülnarə İsrafilin Bermud üçbucağı..."
Naibə Yusublu


Şair Naibə Yusublu yazır...

Sumqayitfakt.Az yazını təqdim edir.

Hərəsi bir dünya olan üç bəndlik şeir... Üç dünya və bu dünyaların ən böyük fəlsəfəsi - dərk edən insanın bitməz-tükənməz düşüncələri, arzuları, həyat eşqi... İnsanın mənəvi böyüklüyü... Və mənəvi böyüklükdən danışarkən Nəsimini hörmətlə yad edirəm: iki dünyanı ruhuna sığdıran, amma özü “cahana sığmayan” insanın əzəmətinə Füzuli dühası ilə cavab verirəm: “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni...” Bütə çevrilən insan görən gözdür, qaranlıq dünyaları aydınlaşdıran gündüzlərin özü boyda bir nurdur. Elə bir nur ki, “baca-baca açılaraq” zülmətləri “oxu”yur, baca-baca açılanda tükənmir, “oxu”yanda böyümür. Bu nur zərrə kimi qopmağı da, bütövünə qovuşmağı da bacarır:
“Mən qaranlıq bir dünyanın,
Gündüz boyda Gün içiyəm.
Baca-baca açılmışam,
Nə böyüyəm, nə kiçiyəm”.

Gülnarə İsrafil


“Nə böyüyəm, nə kiçiyəm” deyərək dünyaya filosof gözü ilə baxan şairin ağ rəngə münasibəti də tamam fərqlidir. Ağlıq həm ucalıq, həm paklıqdır, amma:
“Tellərimdə ağ uçqundur,
Yarğan-yarğan dağ uçqundur”, - misralarındakı ağlıq “qara dünya”nın qara bağrından qopan dərdlərdən mayalanan ağ tüstüdür, “ağ” yaralardır – sinələrə çəkilən dağların uçqunu – harayıdır. Elə bir haray ki, dağ uçqunları kimi kükrəyəndə qarşısında dayanmaq mümkün deyil. Bu haray ömrü məşəqqətdə keçən ali varlığın sağkən parça-parça bölünməsidir, yurdsuzluğu, evsizliyidir, dünyanı çalxalayan ictimai bəlalardır:
“Yaşlandığım sağ uçqundur,
Nə bir evəm, nə evciyəm”.
Şeirin son bəndi fəlsəfi anlamı ilə daha çox seçilir. Özünü bəxtin kəm ömrü zənn edən lirik qəhrəman bədbəxtdirmi? Əlbəttə, yox. Bəlkə də, bu səbəbdən insanın ölümsüzlüyünə inam yeni deyim tərzində diqqəti daha çox cəlb edir və yeddi qat torpağın hər layına qətrə-qətrə hopan insan nəfəsi (cismi) ilə yeddi qat göylərə yüksələn ruhun əbədi yaşaması fikri bir-birilə gözəl səsləşir:
“Bəxt-yığvalın kəm ömrüyəm”,
Ölümlükdə heç ölmüyən,
Yeddi qatda gömülməyən
Nə sirsizəm, nə sirçiyəm.
Şeir həm poetik gözəlliyinə, həm dilinin şirinliyinə, həm də məna tutumuna görə çox az təsadüf edilən əsər kimi qiymətlidir. İnanıram ki, Gülnarə İsrafil qələminin sehri tənqidçilərimiz tərəfindən çözüləcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər