Xəbər xətti
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Elmira Əsgərovanın "Ümid işığı"

Baxılıb: 2181     Tarix: 08-07-2021 22:11   
Elmira Əsgərovanın "Ümid işığı"


(Hekayə)


Payız idi. Hava soyumuşdu. Göy üzünü qara buludlar almışdı. Hər dəqiqədə yağış yağa bilərdi . İnsanlar parkdan keçərək evlərinə tələsirdilər. Ağacların saralıb yerə tökülən yarpaqlarını külək o yana-bu yana atırdı. Yalnız bir qadın heç yerə tələsmədən parkda oturmusdu. Qadın dərindən ah çəkdi , “mənim də həyatım düşən bu yarpaqlara bənzəyir. Həyat məni külək kimi ora-bura atdı”. Qadının üzü qırış,əlləri qabar-qabar idi. Gözlərinin ətrafi kölgələnmişdi . Yalnız gözlərində ümid işığı var idi. Gündüzlər bir qarın doydurmaq üçün qapı -qapı iş tapıb işləyir, axşamlar dilənçilik edrdi. Qadın: -Yay da keçdi, -dedi və öz-özünə düşüncəyə daldı: Getməyə yerim də yoxdu. Axşam düşməmiş sığınmağa bir yer tapım. Bu zaman qarşısında bahalı qara maşın dayandı. Gənc oğlan maşından düşüb, qadına yaxınlaşdı: -Niyə bu soyuq havada oturmusuz? Hava qaralır, evinizə gedin. Qadın başını qaldırıb gəncə baxdı. Gəncin hündür boyu , düz qara saçı, sol yanağında qara xalı var idi. Qadın düşündü: “Ümidimin yanağında belə xal var idi”. Gəncə baxıb gülümsündü. Dedi: -Bir komam olsaydı, gedərdim. Gənc : -Bəs indiyədək küçədə qalmisiz? Kimsəniz yoxdu? Qadın gözlərini uzağa zilləyib dedi: -Kimsəm yoxdu . Əvvəllər işlədiyim evlərdə qalırdım. İndi kimdi məni evinə alıb, iş verən? Qocalmışam. Gənc duyğulandı və dedi: -Narahat olmayın, mən sizə hər köməklik edəcəm.

Qadını maşına mindirib, qocalar evinə aparıb yerləşdirdi. Cibindən kart çıxarıb qadına uzatdı. Bu, mənim telefon nömrəmdi, götürün, çətinliyniz olsa, zəng edərsiz. Gənc sağollaşıb getdi. Ümid xoşbəxt bir ailədə dünyaya göz açmışdı. Anası Lalə 18 yaşında Təbrizdən Bakıya xalasının evinə qonaq gəlmişdi. İran sərhədlərini bağladığı üçün Lalə Təbrizə qayıda bilməmişdi. Lalə Bakıya gəldikdən sonra elçilərin ardı-arası kəsilmirdi. Xalası Fəridənin həyat yoldaşı: “Mən yalnız qohumuma verəcəm Laləni demişdi. Laləyə elçi düşənlərin arasında Əli də var idi. Əli Laləni çox sevirdi. Neçə dəfə elçi göndərməyinə baxmayaraq, Laləni vermirdilər. Əli ali təhsil almışdı. Memar olaraq işə düzəlmişdi. O, uca boylu, hazırcavab oğlan idi. Valideynləri Gəncədən Bakıya gəlmiş və ailə qurmuşdu. Əli, Zömrüd və Lalə bir-biriylə yaxın dost olmuşdular. Novruz bayramında Lalə Zümrüdlə dükana gedərkən Əli Laləni qaçırmışdı. Çox xoşbəxt idilər. Ümidin dünyaya gəlişi toy-bayram oldu. Əli get-gedə şəhərdə bacarıqlı memar kimi tanınırdı. İşi yaxşi idi. Zümrüd də sevib- seçdiyilə ailə qurdu. Həyat öz axarı ilə keçirdi. Dostları Əliyə paxıllıq edirdi… Görürsən, elə bil Əlinin üzündə şeytan tükü var. Hara gedir, qapılar üzünə açıqdı… Əli maşın aldı, siz hələ yerinizdə sayırsız… O gün də yoldaşı üçün bahalı daşlarla bilərzik alıb… Əlinin

ailəsindən söz-söhbət kəsilmirdi. Lalə xeyirxah qadın idi. Orta boylu, ağ bənizli, yaşıl gözləri var idi .Sarı qıvrım saçları üzünə tökülürdü. Qonşular ya duz, ya da başqa bir şeyləri bəhanə edib evlərinə gəlirdilər. Hər tərəfinə göz gəzdirirdilr. Lalə çox səliqəli-sahmanlı qadındı. Onları boş qaytarmırdı.

Yay ayı idi. İstilər düşmüşdü. Əli məzuniyyət götürüb, ailəsiylə istirahətə getdilər. Qayıdanda sol tərəfdən, dar, uzun yoldan maşın çıxıb Əlinin maşınıyla toqquşdu. Qəza edən sərxoş idi. Əli o dəqiqə dünyasını dəyişdi. Lalə isə başından ağır zərbə almışdı. Yalnız Ümidə xətər dəyməmişdi. Lalə bir müddət yaddaşını itirir. Ümidi kimsəsiz uşaq evinə qoyurlar. Lalə uzun müddət müalicədən sonra oğlunu axtarmağa başladı, hara müraciət etdi, ya xəbərləri olmadı, ya da ölüb dedilər... …Qocalar evində sükut hökm sürürdü. Bəziləri bir-biriylə sakitcə danısırdı. Adilə Naziləyə dedi: -Nədən buradasan? Nazilə: -Nə bilim, ay bacı, qızımın yoldaşı istəmədi onlarda qalam, dəqiqə başı qızımın üzünə gəlirdi. İşlərinə kömək edirdim, nəvələrimə baxırdım. Rəhmətlik ərim ona nə qədər kömək eləmişdi. Kasıb oğlan idi. İndi mənə onlarda yer yoxdu. Qızım nə etsin, ərinin xasiyyəti pisdi. Yazığa gün verib, isıq vermir.

Nazilə Adilədən soruşdu: - Bəs sən niyə buradasan?

-Mənim oğlum var, evləndirdim özü istədiyi qızla. Gəlnimin əvvəl səsi çıxmırdı. İndi nə deyir, oğlum təsdiqləyir . Gəlin məni yola vermədi, axırı evdən çıxıb bura gəldim, qulağım dinc oturmuşam.

Lalə isə susurdu. O biri otaqdan Kamal kişinin səsi gəlirdi. Otaq yoldaşı Kərimə oğlundan danışırdı: Menim oğlum məni bura qoymaq istəmirdi. Deyirdi, ay ata, getmə, sənə nə lazımdı? Yemək korluğun yox, rahatlığın öz yerində. Mən özüm buraya gəlmək istədim… Yatanda isə yorğanın altında, gizli-gizli ağlayırdı.

Həkim Laləyə yaxınlaşdı və dedi: -Lalə xanım, necəsiz? Təzyiqnizi yoxlayim?

Hər bazar günü buradakı yaşlıların qızı, oğlu, ya da qohumları ziyarət edirdi. Bu gün ziyarətçilərln içində Ümid də vardı. O hər kəsi dindirib, bağlı nəsə verirdi. Yaşlılar da onu çox sevirdi… Ümid ailəsini itirdikdən sonra kimsəsiz uşaq evində böyümüşdü. O, sənədlərini Moskva Beynəlxalq Əlaqələr Unversitetinə vermiş, oranı yüksək qiymətlərlə bitirmisdi. Məsul vəzifədə isləyirdi. Ümid Laləyə yaxınlaşıb , əhvalını soruşdu, bağlamanı ona uzatdı… Lalə utandı. -Sağ ol övladım, niyə əziyyət çəkirdin? -dedi. Ümid dilləndi: -Əziyyət deyil, vaxtım olanda bura gəlirəm .

Günlər, aylar keçirdi. Ümid vaxtaşırı gəlib yaşlılara baş çəkirdi. Sonradan ailəsi - yoldaşı Sevda, oğlu Səlim, qızı Ülkərlə gəlirdi. Uşaqlar Laləni çox sevir, ondan ayrılmaq istəmirdi.

Günlərin birində Sevda Ümidə dedi: -Mən işləmək istəyirəm, neçə il əziyyət çəkib oxumuşam ki, həkim olum. Uşaqlar da artıq körpə deyil.

Ümid: -Bəs usaqlara kim baxacaq? -deyə düşündü. Sevda: -Maraqlanaq uşaq baxçalarıyla.

Sevda Ümidlə uşaq evində böyümüsdü. Ona görə də bir-birini hər zaman başa düşürdülər. Sevda sarışın, şirin dilli uşaq idi. Ümiddən dörd yaş kiçik

idi. Ümid hara gedirdi, Sevda onun yanından əl çəkmirdi. Sevda böyüdukcə Ümidinn xoşuna gəlməyə başlayırdı. Ümid Sevdaya qarşı hisslərindən utanıb uzaq gəzməyə başladı. Ümidə dövlət yardım edir, yaxşı oxuduğu üçün pul verirdi. Ümid Moskvaya getməyə hazırlasırdı. Sevdanın yanına yaxınlaşıb dedi: -Məni gözlə, səninlə evlənəcəm.

Sevdanın üzündən öpüb otağına tərəf getməyə tələsdi… Ümid hər yerə xəbər saldı, istədikləri baxçanı tapa bilmədilər.

Ümid: -Bəlkə, Lalə xalanı evimizə gətirək, usaqlar onu çox sevir, -dedi. Sevda razılaşdı. Səhəri gün Lalə Ümidin evinə gəldi. O, hər bir işin öhdəsindən gəlir, dadlı, ləzzətli yeməklər, şirniyyatlar hazırlayırdı. Hamı evdə onu çox sevirdi. Günlər keçirdi. Bir gün Ülkər atasından soruşdu; -Ata, mənim nənəm, babam hardadı? Ümid ötəri: -Cənnətdə, - dedi və qəzeti əlinə alıb oxumağa başladi. Sevda: - İndiyədək heç valideynlərindən söz açmamısan, Ümid.

-Nə deyim, çox şeyi unutmuşam, uşaq idim. Bir şeyi bilirəm, xoşbəxt idik. Bir də atam anama bilərzik almışdı, -dedi.

Bu zaman Lalə əlində qablarla otağa girdi, qabları masaya düzməyə başladı. Ümid isə söhbətinə davam elədi: -Bilərzik qaşlarla bəzədilmişdi, görünür çox baha idi. Bilərziyin altında adlar yazılmışdı. Nə ad olduğunu unutmuşam. Lalə güclə dururdu, masadan tutub, özünü ələ aldı və tez otağına keçdi. Öz-özünə: -Oğlum, canım, -deyib təkrarladı.Ümidə mən sənin ananam deyə bilmərəm. Oğlum soruşsa, bəs sən indiyədək haradaydın, niyə məni axtarmadın, nə deyəcəm? Vladimir həkim mənə oğlun ölüb, deyib. Hətta basdırıldığı yeri göstərib. Neçə ildir həmin məzarın başında ağlamısam.

Lalə günlərlə ac qalmasına baxmayaraq, bilərziyə toxunmamışdı. Bu hadisədən üç il keçmişdi. Lalə yataqdan qalxa bilmirdi, bərk xəstə idi. Həkimlərin köməyinə baxmayaraq xəstəliyi ağırlaşırdı. Sevda yemək hazırlamaq üçün mətbəxə keçdi, qayıdanda Lalənin tərpənmədən uzandığını gördü və qışqırdı. Ümid yerindən dik atıldı. Lalə son nəfəsini vermiş, dünyasını dəyişmişdi. Ümid Laləni yerindən qaldırıb həkimə aparmaq istərkən Lalənin cibindən ağır bir şey yerə düşdü. Bir məktub və bilərzik vardı. Ümid bilərziyi o dəqiqə tanıdı, anasının bilərziyi idi. Arxasında “Əli-Lalə-Ümid” yazılmışdı. Ümidin gözləri yaşla dolmuşdu: -Canım oğluma! Məktubun başlığı belə yazılmısdı. Ümid məktubu oxuyarkən ağlayırdı. Lalə məktubda öz həyatından və Əlidən yazmışdı . Ümid bilərziklə məktubu Sevdaya uzatdı .Qoru,- dedi. Lalənin yasına çox adam yığışmışdı. Ümid Laləni dəfn etdi, evinə qayıtdı…

Artıq bir il keçmişdi. Ümidin qızı olmuşdu. Adını Lalə qoymuşdu...

Elmira Əsgərova


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər