Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Oxucularla ilk ünsiyyət - UĞURLAR DİLƏYİRƏM...

Baxılıb: 3346     Tarix: 18-01-2019 23:25   
Oxucularla ilk ünsiyyət - UĞURLAR DİLƏYİRƏM...


Son vaxtlar bir neçə gənc yazarların şeir və hekayələrini onların xahişi ilə oxumuşam. Demək istəməzdim ki, hamısı yaxşıdır və yaxud hamısı pisdir.
Bu, ədalətli olmazdı. Əgər hər hansı bir gənc əlinə qələm alırsa, demək, özünü poeziya və nəsrdə sınamaq istəyir. Uğurlara gəlincə isə, artıq, bu, oxucuların verdiyi qiymətdən asılıdır. Bununla belə, gənc yazarlara kömək etmək, dayaq durub ədəbi mühitdə formalaşmasında biz yaşlı nəsil nümayəndələrinin borcudur.

Sizə yenicə poeziya aləminə qədəm qoyan Cansu Fəxrəddinqızının bir şerini başlanğıc kimi uğurlu hesab edir və onu oxucuların ixtiyarına buraxıram. İnanıram ki, Cansu gələcək yaradıcılığında daha mükəmməl, dərin məntiqli, oxucuların duyğularını oyadan, ürəkləri isidən, qəlblərə fərəh gətirən, sevgiyə, məhəbbətə səsləyən misraların müəllifi kimi bizləri sevindirəcəkdir.

Cansu Fəxrəddinqızına bu poeziya dünyasında uğurlar diləyirəm.

Eyruz Məmmədov,
yazıçı-publisist,
Əməkdar jurnalist


Acı gerçəyim

Bu tənha qaranlıq yaman çətindir,
Keçmiş günahları salır yadına.
Qəlbinin ağrısı yenidən dinir,
Heç fayda da yoxdur göz yaşlarına...

Qaranlıq,dörd divar, sən və səhvlərin,
Üz-üzə dayanıb hesablaşırsan.
Gerçəyi dərk etmək çətindən çətin,
Yalanlar içində donub qalırsan...

Artıq ağır gəlir çəkə bilmirəm,
Kiçik ürəyimin böyük yükünü.
Necə çətin imiş deyə bilmirəm,
Heç kəsə özümün ürək sözünü...

Bu qədər səhvlərim durub üzümə,
Məni keçmişimə aparır indi.
Söz tapa bilmirəm deyim özümə,
Keçmişə qayıtmaq mənə çətindi...

Gülürəm, gülüşüm belə saxtadır,
İçimdə qəm yeyir ürəyim mənim.
Ötəri baxışlar məni aldadır,
Kədərə qayıdır sevincim mənim...

Hər şey yalan imiş sevmək, sevilmək,
Əlində oynadır bizləri zaman.
Həyatın qanunu beləymiş demek,
Səhvlər edə-edə öyrənir insan...

Cansu Fəxrəddinqızı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər