Xəbər xətti

10-12-2018

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Lüğətdəki şübhəli sözləri araşdırırıq: “Kələm dolması”, “müəllimlik etmək”... - Dil Komissiyasının üzvü

Baxılıb: 380     Tarix: 20-11-2018 12:05   
Lüğətdəki şübhəli sözləri araşdırırıq: “Kələm dolması”, “müəllimlik etmək”...


"Yeni orfoqrafiya lüğəti hazırdır, üzərində yoxlama işləri aparılır".

Bunu bakupost-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu bildirib.
M. Nağısoylu deyib ki, yeni orfoqrafiya lüğəti hazırda masasının üzərindədir: "Özüm şəxsən hərf-hərf yoxlayıram. Lüğətə azı 5 min yeni söz daxil edilib, bunları da müzakirə edir, nizamlayırıq. Hazırda şübhə doğuran sözlərin qalıb-qalmamasını müzakirə edirik. Bu orfoqrafiya lüğətinin indiyə qədər olan orfoqrafiya lüğətləri sırasında özəl yeri olacaq”.

Dövlət Dil Komissiyasının üzvü şübhəli sözlərin də bir qismini açıqlayıb: "Məsələn, "müəllimlik etmək”, "fəhləlik etmək” kimi şübhəli sözlər bu sıradadır. Yaxud "kələm dolması”, "yarpaq dolması” söz kimi 1960-cı ildə işıq üzü görən orfoqrafiya lüğətində, 1970-ci illərdə və sonralar nəşr olunan orfoqrafiya lüğətlərində də var. Ancaq bunlar söz birləşmələridir, söz deyil. Bunların hamısı üzərində müzakirələr aparırıq”.

M. Nağısoylı yeni orfoqrafiya lüğətinin gələn ilin birinci rübündə çapa təqdim olunacağını nəzərə çatdırıb: "Sadəcə hazırda yoxlama işləri aparılmaqla bərabər, biz Nazirlər Kabinetinin yeni orfoqrafiya qaydalarını təsdiqləməsini gözləyirik. Orfoqrafiya qaydaları təsdiqlənəndən sonra Elmi Şurada bir daha şübhəli sözlərə baxacağıq və yekun qərarımızı verəcəyik ki, bu söz orfoqrafiya lüğətinə düşsün, düşməsin. O mərhələdən sonra orfoqrafiya lüğəti çapa gedəcək. Gələn ilin birinci rübündə yeni orfoqrafiya lüğətini çapa təqdim etməyi planlaşdırırıq”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər