Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

"Qanı çiçəkləyən səngər behiştin , qurban keşiyində durana, yurdum!" -Mövlam HÜSEYNOV (Şeirlər)

Baxılıb: 3103     Tarix: 22-07-2017 15:07   


Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, bölmənin yaranmasının 20 illiyi münasibətilə hər həftə Sumqayitfakt.Az -da şəhərimizdə yaşayan AYB üzvlərinin əsərlərindən nümunələr təqdim edir:

Eylər

Şişib damarları, durulub qanı,
Bu dünya yenə də cavanlıq eylər.
Ömür köhlənindən salıb hamını
Çəkib dişlərinə yavanlıq eylər.

Baxmaz gövhərinə, baxmaz ləlinə,
Baxmaz gəncliyinə, ümidlərinə.
Verib tellərini qəza yelinə...
Körpə uşaq kimi nadanlıq eylər.

Cilovu gəmirib qiran kəhərdi,
Bəlalar üstünə dördnala gəldi.
Bilinməz ömürdə şamdı, səhərdi,
Elə ki, qisməti dumanlıq eylər.

Guya tamarzıdı hec qan görməyib,
Sinə dağlamayıb, qəltan görməyib.
Min dəfə boyanıb qana köynəyi,
Yenə də özünə yamanlıq eylər.

Haqqa söykənmədi, dibi laxlayır,
Göyləri çökərdi – ahlar saxlayır.
Hələ rəhm eləyir, Allah saxlayır,
İstəsə bir anda oyanlıq eylər.

Yurdum

Sevgi divanında sevdalı başım
Qara torpağına qurban, a yurdum!
Cənnətin şəhidlik astanasında
Mənəm eşqə düşüb duran, a yurdum!

Ruhum göylərində nurla görüşdü,
Bu Tanrı eşqiydi könlümə düşdü.
Qanı çiçəkləyən səngər behiştin
Qurban keşiyində durana, yurdum!

Min il əlçim-əlçim dərd dərə bəşər,
Yenə çarə tapmaz dərdlərə bəşər.
Göyün üzünədək sədd hörə bəşər
Boy verməz tökülən bu qana, yurdum!

Sıx dərdi sinəmdən, sağ gözlərimə,
Ah etsəm, qoy gəlsin ağ gözlərimə.
Yolunda çəkilsin dağ gözlərimə -
Təki məlhəm olsun yarana, yurdum!

Kim sənə qiyarsa sevdiyi canı
Əzab məqamında edər bayramı.
Əsdir yellərini, çalsın laylamı; -
Eşqinlə can verən var, ana yurdum!

***

Hörülərmi yuvası sevgisi yoxdursa quşun,
Yolu sevdadı, vətən sevdasıdı qurtuluşun
Bir ovuc qan süzülən torpağı öpməkdi bu sevda
Ya da can qurban edib yurduna, ölməkdi bu sevda
Canı tutdunsa əziz, qeyrəti çirkab tutacaqdır,
Dəryalar çalxalanıb murdarı qoynundan atırsa
Bu vətən də atacaqdır.

Yürümək şərqisi altında sinən qalxmadısa,
Boylanıb göz bəbəyindən qürurun baxmadısa,
Könlün at çapmağa atlanmadısa,
Sənə `dostum` deyəcəkdir yağılar.
Bu gedən qovğaların şah damarı
Ulu türkün nəfəsiylə yatacaqdır sığala.

Hönkürüb yağmalıdır, qaynayıb axmalıdır
buluduyla, bulağıyla ruhuna
göy şəhidin, yer şəhidin
Güllələnmiş sinəsindən
Eşqi fəvvarə vurar qanla bərabər şəhidin.

Əyil, ey şanlı igid, gördüyün hər yurd daşına,
Oxşayır qardaşının qurban edilmiş başına.
Intiqam almalısan hər gün üçün,
Başı qurban eləmiş qardaş üçün.
Intiqam qalsa, qiyamət budu, bu!
Yendirib almalısan düşmən əlindən yurdu!

***

Tək saçım yox, taleyim də
Bu tərs rüzgardan dağılır.
Hardan pöhrə verir bu dərd,
Üstümə hardan dağılır.

Bilmirəm zəhərdi, nədi? –
Dolub sinəmə göynədir.
Ürəyim düymə-düymədi,
Açılır, al qan dağılır.

Nə vətən çıxır qaradan,
Nə bu dərd çıxır aradan.
Ürəklər çıxır sıradan,
Qeyrətdən, ardan dağılır.

Əl atıb göy qurşağına
Qalxım göylərin tağına.
Gedim haqqın ayağına,
Bu dünya ordan dağılır.

MÖVLAM HÜSEYNOV










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər