Xəbər xətti

21-09-2017

20-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

"Dərdini cütləyən cütcü qardaşam, arxamca çəkirəm ömrü birtəhər" - Nadir AZAYOĞLU (ŞEİRLƏR)

Baxılıb: 384     Tarix: 15-07-2017 15:10   


Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, bölmənin yaranmasının 20 illiyi münasibətilə hər həftə Sumqayitfakt.Az -da şəhərimizdə yaşayan AYB üzvlərinin əsərlərindən nümunələr təqdim edir:


YAŞAMIŞAM

Mən nə ölçüyə gəlmişəm,
Nə biçimdə yaşamışam.
Varlığımı heç biliblər,
Öz heçimdə yaşamışam.

Açıq-aşkar vuran olub,
Gizli tələ quran olub,
Mən dərdimə sarvan olub,
Öz köçümdə yaşamışam.

Vaxt olub göyüm laxlayıb,
Vaxt olub suyum axmayıb,
Mən bu dünyaya baxmayıb,
Öz içimdə yaşamışam.

ŞÜKÜR

Yurddan köçdün, ya qəbirdən,
O da, bu da köçkünlükdü.
Səhvmi, düzmü? – ta qədimdən
Derlər dünya beşgünlükdü,
Yaşasan, beşinə şükür!

Ayrılıq var – aydınlıqdı,
Hər işdə bir xeyir olur!
Biz kimik ki? – qul, qaravaş.
Fərman verən deyir – OLUR,
Ərzin padşahına şükür!

Bitmədi qos-qoca qəmlər,
Neçə dərdin yaşdaşıyıq.
İçimiz qəbir-qəbirdi,
Biz hamımız başdaşıyıq,
Tanrının daşına şükür!

BƏSİMDİ

Səndən nə gözləyib, nə umasıydım?
Sən elə mənimçün haqsan, bəsimdir.
Bahar həvəsinlə payız ömrümə
Bənövşə baxışı baxsan, bəsimdir.

Hər gün bir məclisdə min qat enən var,
Hər gün bir ünvandan geri dönən var.
Sənin sevdiyin var, səni sevən var,
Sən ki, gözü-könlü toxsan, bəsimdir.

Daş altda çiçək var, ətrinə hayıf,
Ovunmaz, oxşanmaz xətrinə hayıf.
Şerimin bir-iki sətrini sayıb,
Bir ətək qayğıdan çıxsan, bəsimdir.

Bir belə haqsızlıq, bu şər içində,
Nadirin bir nisgil bişər içində.
Belə başıpozuq bəşər içində,
Bütövsən bəsimdir, sağsan bəsimdir.

MƏN ÖTƏN ÖMRÜMÜ YAŞAYAMMADIM

Mənim gözlərimdə göyərçin ahı,
Mənim hənirtimdə durna səsi var.
Başımın üstündə xeyir allahı,
Yolumun üstündə şər nəfəsi var.

Başımdan basan var, dilimdən sıxan,
Tanrı bəndəsinə qənim ki, olmur.
Bir vaxt yel əsəndə əlimdən çıxan,
Əllərim yetəndə mənimki olmur.

Qara qarışqadır hər düşən axşam,
Hərdən yollarıma qan qusur səhər.
Dərdini cütləyən cütcü qardaşam,
Arxamca çəkirəm ömrü birtəhər.

Birtəhər yaşamaq ölümdən betər,
Hələ çoxlarını güman sürüyür.
Görmüşdüm torpaqda gül – çiçək bitər,
Indi torpaq üstə insan çürüyür.

Baxdığım ümidlər gözümdə zəlil,
Getdiyim yolların sonu uğursuz.
Mənim ki, ürəyim özündə deyil,
Ay yetim arzular, hardan doğursuz?

Qara bulud oldum, daşa dammadim.
Siz bulud ömrümə bir daş atdınız.
Mən ötən ömrümü yaşadammadım,
Bəlkə qalanını siz yaşatdınız.

****

Tanrıydınmı, nə sirrdin,
Kim verdi bu vədəni?!
Dünyasına gətirdin,
Dünyasından gedəni.

Nə hiyləm var, nə fəndim,
Bir sözünə güvəndim.
Qıyma,xanım əfəndim,
Yollarında bitəni.

Qəmim yollar boyunca,
Qəlbim qəmə oyuncaq.
Saxla onu doyunca
Ay ruhumun bədəni.

AĞLAYAQ

Əhdimizi üzə vurub
Çırpmayaq başa, ağlayaq.
Xəyal – xəyal, röya – röya,
Getməyək huşa, ağlayaq.

Boş qalmırsa ağuşumuz,
Kimi tutar qarğışımız?
Aya boylan, baxışımız
Görüşsün, qoşa ağlayaq.

Ruhlarımız girov düşüb,
Bəxtimizə bir ov düşüb.
Həsrət rəngli qırov düşüb,
Kipriyə, qaşa ağlayaq.

Arzuların qəbri bizik,
Yüz ölüdən biri bizik.
Bax beləcə diri bizik.
Bax belə yaşa, ağlayaq.

NADİR AZAYOĞLU






loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər