Xəbər xətti
27-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

KABİNETDƏN GÖRÜRƏM-Qulam Feyzullayev

Baxılıb: 2960     Tarix: 29-01-2016 20:47   
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi bu gündən etibarən “Yad et məni” silsiləsindən şəhərimizin dünyasını dəyişmiş qələm sahiblərinin əsərlərindən nümunələri Sumqayitfakt.az-da oxuculara təqdim edir:


KABİNETDƏN GÖRÜRƏM-Qulam Feyzullayev

Mən bütün cümlə - cahanı kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Kabinet xeyli geniş, dörd dənədir pəncərəsi,
Müxtəlif səmtə baxır pəncərənin də hərəsi,
Hər yerin gün kimi aydın görünür mənzərəsi,
Yağışı, qarı, dumanı kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Telefonla verirəm əmri, sərəncamı da mən,
Çəkirəm hər iş üçün burda çox əncamı da mən.
Kabinetdə tapıram püxtəni də, xamı da mən,
Yaşılı, ağı, qaranı kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Telefonla ən uzaq yerlərə də yol çəkirəm,
Qayğısız işçilərin qayğısını bol çəkirəm,
Gündə min bir kağıza, min sənədə qol çəkirəm,
Yox bunun şərhi, bəyanı, kabinetdən görürəm.
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

İşçilər özləri dəstəylə gəlirlər yanıma,
Baş əyirlər mənim hər əmrimə, hər fərmanıma,
Cürbəcür ərzə yazanlar da olur ünvanıma,
Bunları sanki əyani kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Kabinet yayda sərin, qışda gərək isti ola,
Ürəyindən keçə pürrəngi çay, əlüstü ola,
Burda hər kəs oturarsa, gərək öz şəsti ola,
Özü də məxfi, nihani kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Mənim heç yerlərə baş çəkməyə halım yoxdur,
Həm də bu barədə heç fikri - xəyalım yoxdur,
Kimsə sormur, hələlik sorğu - sualım yoxdur,
Bulanıq olsa, havanı kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

Bişmişəm, xam deyiləm heç güman etmə naşıyam,
İş əlindən macalım yox başımı bir qaşıyam.
Belə ağır yükü bəs mən necə tənha daşıyam?
Çünki burnumdan o yanı kabinetdən görürəm,
Hər cürə yaxşı - yamanı kabinetdən görürəm.

ARXAMDA DAYIM VAR

Hər bağlı qapı qarşıma çıxsa aça billəm,
Hər müşkül işin bəd ayağından qaça billəm,
Od parçası ollam, bala, atəş saça billəm,
Pərvaz edərəm göylərə, quştək uça billəm,
Arzu eləsəm, yayda qışım, qışda yayım var,
Arxamda dayım var.

Dayday məni hər an qoruyar, can kimi, gəl, gör,
Arxamda durub şir kimi, aslan kimi, gəl, gör,
Mən də gəzərəm, keyf edərəm xan kimi, gəl, gör,
Altımda maşın - qaçmağı ceyran kimi, gəl, gör,
Üç - dörd qaracım, ev - eşiyim var, sarayım var,
Arxamda dayım var.

Hər xırda - xuruş şeylərə heyran deyiləm mən,
Hal əhliyəm, əlbəttə ki, nadan deyiləm mən,
Pul xərcləməyə sağ - sola qorxan deyiləm mən,
Pul barədə korluq çəkən oğlan deyiləm mən,
Bax, harda gəlir varsa, mənim orda payım var.
Arxamda dayım var.

Hər mən deyəni başqası təkrar deyə bilməz,
Xəlvətdə demiş olsa da, aşkar deyə bilməz,
Bir kimsə gözün üstə qaşın var deyə bilməz,
Lap işdə də məndən hamı qorxar, deyə bilməz,
Mən şiri - pələngəm, igidəm, harda tayım var?
Arxamda dayım var.

Ağzım qurusun daydayıma bir şey olarsa,
Düşsə yatağa, xəstələnib rəngi solarsa,
Çıxsa əgər əldən nə səlahiyyəti varsa,
Bu fürsətimi çərxi - fələk məndən alarsa,
Əfsus ki, onda demərəm vur - harayım var,
Arxamda dayım var.

ÖZ YERİ VAR

Əcəb deyib atalar: hər kəlamın öz yeri var,
Avamın öz yeri, arif adamın öz yeri var.

Yamana yaxşı deyib, yaxşıya yaman demə ki,
Halalın öz yeri vardır, haramın öz yeri var.

Budur, öz eşqinə pərvanə can verirsə əgər
Yanıb tükəndiyi üçün də şamın öz yeri var.

Saqi bir aləm açıb badə məclisində, fəqət
Bu məclis içrə fikir ver ki, camın öz yeri var.

Şərabı salma ayağa, içəndə iç, amma
Yerində iç, onu bil, hər məqamın öz yeri var.

Həqiqi dost ki, dedin, duz - çörəkdə möhkəm ol,
Onu unutma ki, haqqı - salamın öz yeri var.

Xoşam ki, ruha yatan sənət aləmində bu gün
Darısqal olsa da olsun, Qulamın öz yeri var.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər