Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sabir YUSİFOĞLU: "Türkün bayrağını küləkdən öncə, başların üstündə yellədən qandı" - ŞEİRLƏR

Baxılıb: 3188     Tarix: 23-06-2017 15:05   


Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, bölmənin yaranmasının 20 illiyi münasibətilə hər həftə Sumqayitfakt.Az -da şəhərimizdə yaşayan AYB üzvlərinin əsərlərindən nümunələr təqdim edir:

TÜRKÜN BAYRAĞINI
KÜLƏKDƏN ÖNCƏ


Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.

Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.

İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

ÜZÜ QARA XALLI DƏNİZ


Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.

Gəmilərin sinəsinə
Qadın kimi sıxılırsan.
Gözəlin də, çirkinin də
Ayağına yıxılırsan.

Bir az da dərdimizdən al,
Göz yaşını udan dəniz.
Bilsən ki, biz nə çəkirik
Çıxarsanmı sudan dəniz?

Yelkəni külək gözləyən
Qayıqlardan biri mənəm.
Gətir mənim küləyimi
Sonrasın özüm bilərəm.

Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.

GÜCÜNDƏ TÜRKÜN QANI VAR

Qarı dünya aç gözünü,
Ovcunda türkün qanı var.
Qan qurudan oxların da
Ucunda türkün qanı var.

Qılınclar diksinir qında,
Qan iyinə sınır qında.
Bütün şahların taxtında,
Tacında türkün qanı var.

Ağlını şeytana vermə,
Mələk donuna da girmə,
Gücünü mənə göstərmə,
Gücündə türkün qanı var

YA DƏLI OL, YA DƏRDLI OL

Sarı-sarı ağacları
Yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
Yer axtarır soyuq külək?

Ürəyimi xatirələr,
Yarpaqları – külək ovur.
Adamların arasıynan
Tale məni hara qovur?!

Ya dəli ol, ya dərdli ol,
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
Ağlasan da eşidilməz…

TANRI SAATIYLA ÖMÜR BİR AHDI

Ürəkdən öləsən öləndə elə,
Ayrı ləzzəti var belə ölməyin.
Deyələr: indicə deyib gülürdü,
Hamıya zarafat gələ ölməyin.

Kaş sevinə, sevib atdığın qadın,
Sonra xəyalıyla yatdığın qadın.
Bəlkə də məzarda çıxar qanadın,
Düşəndə dillərdən dilə ölməyin.

Yalandan oxşayıb, öyən olmaya,
Dizinə, başına döyən olmaya.
Təki, gül gətirib deyən olmaya:
Dəyməzdi bir dəstə gülə ölməyin.

Canı verən Allah, alan Allahdı,
Onun saatıyla ömür bir ahdı.
Biz kimik, hamının qurulub vaxtı,
Dostlar, cavansınız hələ ölməyin...

17.12.2010

ALDADIB DƏRD ADLI BİR AXMAĞI DA

Atdınız – gəmidən artıq yük kimi,
Elə bildiniz ki, batıb gedəcəm.
Sizə səsim çatar, əlim uzanmaz, -
Bir saman çöpündən tutub gedəcəm.

Unutdum təklikdən darıxmağı da,
O küncə, bu küncə vurnuxmağı da.
Aldadıb dərd adlı bir axmağı da,
Gördüm ki, vaxt-vədə çatıb, gedəcəm.

Yığıb, yığışdırıb dərdi-sərimi,
Bir qəmli sükuta verrəm yerimi.
Məni sevənləri, sevdiklərimi
Çevrilib baxmadan atıb gedəcəm...

Sabir YUSİFOĞLU





loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər