Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

ƏBƏDİ YAŞAYANLARIMIZ...

Baxılıb: 1519     Tarix: 19-01-2016 15:25   
ƏBƏDİ YAŞAYANLARIMIZ...

Müşfiq Bəhmən oğlu Kərimov 2 iyul 1971-ci ildə Laçın rayonunun Suarası kəndində doğulmuşdur. Suarası kənd ibtidai məktəbini, 1988-ci ildə isə Səfiyan kənd orta məktəbini bitirmişdir. Sonra kolxozda işləmişdir. 9 iyul 1990-cı ildə ordu sıralarına çağırılmış və Sverdlovsk vilayətində hərbi xidmət keçmişdir.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Müşfiq 1992-ci ildə Laçın rayonuna qayıdaraq DİŞ-in polis batalyonunda post-patrul xidmətinin sıravi heyətinə işə qəbul edilmişdir. O, Səfiyan, Suarası, Xanalılar, Fərəcan, Güləbird kəndlərinin müdafiəsində və Daşkəsən rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Laçın polisləri Füzuli rayonuna göndərilmişdir. Rayonun Horadiz, Yağlıvənd, Böyük Bəhmənli kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir.
Baş serjant 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 364 saylı sərəncamı ilə ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Kərimov Müşfiq Bəhmən oğlu (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

İlahə İsmayılova


Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər