Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Ermənistan tərəfi bizi eşitmədikcə, bu cür hallar baş verəcək" :Səfir

Baxılıb: 3558     Tarix: 02-04-2016 20:25   
"Ermənistan tərəfi bizi eşitmədikcə, bu cür hallar baş verəcək"



"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin münaqişə həllini tapmazsa, biz öz torpaqlarımızı azad etmək üçün gücdən istifadə etmək məcburiyyətindədiyik".
Sumqayitfakt.az-ın məlumatına görə, bunu "Dojd" telekanalının efirində çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbülğlu Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, ölkənin 20%-dən artıq ərazisi işğal altındadır: "Hansı ölkə, xalq bununla razılaşar?! Münaqişənin həlli üçün ilk növbədə onun səbəbini aradan qaldırmaq lazımdır. Səbəb isə Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, o cümlədən başqa beynəlxalq təşkilatların onlarla sənədində birmənalı olaraq qeyd edilib ki, Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidirlər. Həqiqətin gözünə baxmaq lazımdır! Azərbaycan tərəfi illərdir Ermənistana Dağlıq Qarabağın beş rayonunun azad olunmasını, ardınca dinc yolla danışıqların aparılmasını təlkif edir. Heç kim Dağlıq Qarabağda yaşayan erməniləri oradan didərgin etmək niyyətində deyil. Lakin orada azərbaycanlılar yaşayıb. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icma ortaq dil tapmalı, birgə yaşamağı bacarmalıdır. O ki qaldı gərginliyin artmasına, işğalçı qüvvələr Azərbaycan torpaqlarında olduğu müddətdə bu cür hallar baş verəcək və bunu kimsə gizlətmir. Ölkə başçısı səviyyəsində də bu dəfələrlə səsləndirilib, xarici işlər nazirimiz də bunu deyib, bir səfir kimi mən də demişəm. Lakin bizi eşitmirlərsə, bu cür hallar baş verəcək. Münaqişə həll olunmalıdır".APA


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər