Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Erməni təxribatı: "Müharibə hər an başalaya bilər!" — VACİB XƏBƏR!

Baxılıb: 3583     Tarix: 08-09-2020 12:16   
Erməni təxribatı: "Müharibə hər an başalaya bilər!" — VACİB XƏBƏR!

"Ermənistanın təxribatlara davam etməsi vəziyyəti gərginləşdirir. Bu baxımdan müharibənin başlaması an məsələsidir".

Sumqayitfakt.Az
xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov Ermənistan tərəfinin işğal altında olan torpaqlarda təxribatlar törətməsi haqqında danışarkən deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu illərdir mənasız şəkildə münaqişəni uzadır:

“Rusiya Ermənistanı silahlandırır, ATƏT-in Minsk Qrupu isə 26 ilə yaxın bir dövürdə Azərbaycanın maraqlarına uyğun heç bir iş görməyib. Münaqişənin danışıqlar yolu ilə həll edilməsinə dair verdiyi təkliflərin heç birisinin 5 qəpiklik dəyəri yoxdur.

Minsk Qrupu bu illər ərzində sadəcə Azərbaycan düşmənə tutarlı cavab verməyə başladığı zaman özlərini ortaya atır və münaqişənin güc yolu ilə həllinin olmadığını bildirir.
Burda bir sual meydana gəlir: münaqişənin həlli yolu hansıdır?

Əgər bildikləri bir yol varsa, qoysunlar ortaya. Amma o həll yolu ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bərpa olunsun və Ermənistan masa arxasında oturub, imza atmağa məcbur olsun. Bəs, belə həll yolu varmı? Təbii ki, yoxdur. Ona görə də Akopyanlar, Paşinyanlar torpaqlarımızda at oynadırlar”.

Millət vəkili torpaqların işğaldan azad edilməsində bizə heç kimin kömək etməyəcəyini bildirib:

“Torpağımızı işğaldan azad etməyimizə bizə nə Qərb, nə ABŞ, nə də ki, Rusiya kömək edəcək. Ərazi bütövlüyümüzü təmin etmək və torpaqlarımızı işğaldan azad etmək bizim suveren hüququmuzdur. Bu, BMT-nin nizamnaməsində də yazılıb. Biz müharibə etmirik, öz torpaqlarımızı təxribatçılardan təmizləməyə çalışırıq”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər