Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

ALTI UŞAĞI QALDI...

Baxılıb: 1823     Tarix: 16-03-2016 13:15   
ALTI UŞAĞI QALDI...

Şəmsi Cəfərqulu oğlu Allahverdiyev 1955-ci il martın20-də Qubadlı qəsəbəsində anadan olmuşdu. 1972-ci ildə qəsəbə orta məktəbini bitirmişdi. 1973-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. Uzun müddət rayon əhaliyə məişət xidməti kombinatında dəmirçi işləmiş, sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmüşdü.
Qarabağ hadisələri, ermənilərin haqsız iddiaları Şəmsini də rahatsız edirdi. Onun doğulub, boya-başa çatdığı Qubadlıda ermənilərin çirkin planı hədəfində idi. O,döyüşə getmək üçün , dəfələrlə hərbi komsarlığa müraciət etmişdi. Lakin altı uşaq atası olduğuna görə, onu cəbhəyə göndərmirdilər.

Nəhayət, 1993-cü il noyabrın 8-də Bakı şəhəri Nizami Rayon Hərbi Komsarlığı onun xahişin yerinə yetirdi. Şəmsi könüllü olaraq cəbhəyə yola düşdü. İki aya yaxın qısa, lakin şərəfli bir döyüş yolu keçdi. Xeyli erməni quldurunu məhv etdikdən sonra yanan ürəyi nisbətən soyudu.
1994-cü il yanvarın 5-də Füzuli rayonunun Şükürbəyli kəndində gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak oldu. Məzarı Bakı şəhəri Əmircan qəsəbəsindəki “Şəhidlər xiyabanı”ndadır.
Şəhidin atası Cəfərqulu Allahverdi oğlu 1971-ci il dekabrın 6-da oğul dağı görmədən vəfat etmişdir. Anası Gülsabah Ağarza qızı elindən, evindən didərgin düşəndən sonra Əmircanda kürəkəni Xudubaxış Ağa oğlunun evində məskunlaşmışdır. Həyat yoldaşı Asya Əziz qızı öz uşaqlarına ikiqat qayğı göstərərək, atalıq yükün də öz çiyinlərində gəzdirir.
Şəhid övladları Emin, Könül, İlhamə, Etibar, Aynurə, Svetlana ata həsrəti ilə yaşayırlar...

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Atasız, yurdsuz övlad,
Sərkərdan gəzər, ağlar.


Hazırladı: Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər