Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

"DƏRDİM VAR DAĞLAR KİMİ..."

Baxılıb: 11 291     Tarix: 13-03-2016 23:32   
"DƏRDİM VAR DAĞLAR KİMİ..."
Habil Yusif oğlu Süleymanov 1972-ci il martın 10-da Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuşdu. Uşaqlıq çağlarından atasını itirən balaca Habil anası Güllü Misir qızının himayəsində böyümüşdür. 1989-cu ildə Mahruzlu Orta Məktəbini bitirmişdi. 1990-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1992-ci ildə hərbi xidmətdən tərxis olunmuşdu. Vətənə qayıtdıqdan sonra xalqımızın fəlakətli günlərinin şahidi olmuş, ermənilərin təcavüzkar hərəkətləri onu hiddətləndirmişdir. O, torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq məqsədilə polis sisteminə daxil olmuşdu. Qısa müddət ərzində yüksək intizam, bacarığı və gözəl xasiyyətinə görə Habil iş yoldaşlarının böyük hörmətin qazanmışdı. O, həm də sağlam, cüssəli bir gənc, tanınmış idmançı idi.
-Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi. Rayon Polis Şöbəsinin keçmiş rəisi polis podpolkovniki Faiq Kərimov deyir ki, 20 yaşlı pəhləvan, cüssəli Habil cəsur polis işcisi idi. O, bir çox məsul və ağır əməliyyatlarda iştirak etmiş və həmişə özünü igid bir döyüşçü kimi göstərmişdi. Qorxmaz, cəsarətli və qəhrəman bir döyüşçü kimi seçilirdi.
-Habil Süleymanovun son döyüşü 1993-cü il avqustun 18-də olmuşdur. Döyüşçü dostu polis starşinası Polad Əsədovun dediklərinə görə, həmin gün Laçın rayonunun Xallı Qaya yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəman döyüşçülər əsil igidlik nümunələri göstərmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdilər. Habil də bu şiddətli döyüşlərdə fədəkarlıqla vuruşurdu. Təssüf ki, həmin gün Qubadlı polisi özünün beş nəfər qəhrəman döyüşçüsün itirdi. Onlardan biridə Habil Yusif oğlu idi. Biz şəhidlik zirvəsinə yüksələn qəhrəman döyüşçü oğullarımızı heç vaxt unutmayacağıq.
-Habil Süleymanov subay idi. Anası sevimli oğlunun toy günlərinə hazırlıq görürdü.

Ağlaram ağlar kimi,
Dərdim var, dağlar kimi,
Xəzəl oldum töküldüm,
Viranə bağlar kimi.


Hazırladı: Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər