Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

TOYUNU QƏLƏBƏ GÜNÜNƏ SAXLAMIŞDI ...

Baxılıb: 11 083     Tarix: 11-03-2016 14:23   
TOYUNU QƏLƏBƏ GÜNÜNƏ SAXLAMIŞDI ...
Balakişi Rəhman oğlu Hüseynov 1968-ci il martın 11-də Bərgüşad və Ağa çayının arasında, bağlı-baxçalı bir ərazidə yerləşən Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdu. 1985-ci ildə orta məktəbi bitirmişdi. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət emişdi.
-Qarabağ hadisələri başlanan gündən Əliyar Əliyevin çağırışına qoşulmuş və onun taboruna daxil olmuşdu. Əliyar Əliyev məktəbindən keçən xalqımızın bu qeyrətli oğlunun ilk döyüş yolu kəşfiiat işlərindən başlamışdı. Əliyar Əliyevin məsləhəti ilə o, kəşfiyyat qurupuna daxil edilmişdi. Cəsur bir kəşfiyyatçı kimi Balakişi çox mühüm və çətin tapşırıqları məharətlə yerinə yetirirdiş 1992-ci ilin əvvəllərində rayon mərkəzin Ermənistanın (Qərbi Azərbaycan) Qafan və Gorus rayonları tərəfdən tez-tez güclü top və qrqad atəşlərinə məruz qalırdı. Tabor komandirinin əmirinə əsasən düşmənin atəş nöqtələri təcili surətdə susdurulmalı idi. Bu mühüm vəzifə Balakişiyə tapşırıldı. Cəsur kəşfiyyatşı üç nəfər köməkçisi ilə gecə ikən ermənilərin atəş nöqtəsini müəyyənləşdirə bilmişdi. Balakişi Hüseynov bölük komandiri təyin edildi.
- Balakişi Rəhman oğlu rayonun Seytas, Aşağı və Yuxarı Cibikli, Novlu, Çartaxlı, Tarovlu, Əliquluşağı və başqa sərhəd kəndlərinin qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdi. O, uşaqlıq çağlarından böyük məhəbbət bəslədiyi , “təbiətin nazlı gözəli” adlandırdığı Seytas kəndini fədəkarlıqla qoruyurdu.
-1992-ci ilin dekabr ayında erməni quldurları Seytas kəndinə böyük qüvvə ilə hücuma keçmişdilər. Balakişinin komandirlik etdiyi kiçik bir dəstə özünü itirməmiş, qeyri-bərabər döyüşə kirərək düşmən üzərində parlaq qələbə çalmışdı. Bu döyüşdə düçmənin xeyli hərbi texnikası, 50 nəfərdən çox canlı qüvvəsi məhv edilmiş, bir tank qənimət kimi ələ keçirilmişdi. Həmin tank “N” saylı hərbi hissəsindədir.
Ermənilər bu kəndə bir necə dəfə hücumlar təşkil etsədə Balakişinin başçılıq etdiyi cəsur döyüşçülər sayca xeyli çox olan düşmən qüvvələrini darmadağın etmiş, o, böyük şücaət göstərərək batalyon komandiri Qiriqoryanı öldürmüşdü. Balakişinin böyük xidmətləri yüksək qiymətləndirildi. Ona kiçik leytinat rütbəsi verildi.
-1992-ci ilin sentyabr ayında Laçın torpaqlarının, xususilə Səfiyan, Aşağı və Yuxarı Fərəcan, Suarası, Mığıdərəsi, Mazutlu, Türklər kəndinin azad edilməsində Əliyar Əliyevin komandanlıq etdiyi tabor xususilə fərqlənmiş və Laçın şəhərinə yaxınlaşmışdı. Balakişinin başçılıq etdiyi bölüyün döyüşçüləri bu qələbənin qazanılmasında əsil fədəkarlıq nümunələri göstərmişlər.
- Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə və Papravənd kəndlərində olmuşdu. 1994-cü il yanvarın 6-da həmin kəndlərdə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və ağır yaralanmışdı. 1994-cü il yanvarın 24-də qospitalda vəfat etmişdi. Azərbaycan Respubilkası Prezidentinin fərmanı ilə o, (ölümündən sonra) “ Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
- Balakişi nişanlı idi. Böyük toy məclisin qələbə gününə saxlamışdı.
Şamama tağda durdu,
Gül açdı, tağda durdu,
Cəfa cəkdim, gül əkdim,
Onuda şaxta vurdu.


Hazırladı Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər