Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

"YURDSUZ YAŞAYA BİLMƏRƏM..."

Baxılıb: 1913     Tarix: 10-03-2016 22:16   
"YURDSUZ YAŞAYA BİLMƏRƏM..."
Yunus Xəliloğlu Qarayev 1975-ci il martın 8-də Qubadlı rayonun Xanlıq kəndində anadan olmuşdu. 1992-ci ildə doğma kənddəki orta məktəbi bitirmişdi. 1993-cü il aprelin 19-da milli ordu sıralarına hərbi xidmətə çağırılmışdı. Döyüş yolu Ağdam rayonu torpaqlarından başlamışdı. Ağdam şəhəri və onun kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdu. İntizamlı və cəsur bir döyüşçü kimi dəfələrlə mükafatlandırılmışdı.
Yunusun son döyüşü 1993-cü il avqustun 31-də Füzuli rayonunun Mahmudlu kəndində olmuşdu. Həmin gün acı bir xəbər gənc döyüşçünü məyus etmişdi. Ona xəbər vermişdilər ki, Qubadlı rayonu işğal edilib. Bu dəhşətli xəbərdən sar-sılan Yunis var qüvvəsini topluyaraq döyüşə atılmışdı. Döyüşçü yoldaşlarına demişdi ki, mən Qubadlısız, doğma Xanlıqsız yaşaya bilmərəm. Düşməndən qisasımı alıb, özümü Vətən uğrunda, onun torpaqları uğrunda qurban verəcəyəm. Fədəkar Azərbaycan əskəridediyi kimidə etdi. O gün düşmənin xeyli canlı qüvvəsi və hərbi sursatı məhv edildi. Düşmənlə üzbəüz vuruşan Yunus ağır yaralanır. Qospitalın həkimləri 18 yaşlı gənc döyüşçünün həyatını xilas etmək məqsədilə 11 gün gərgin mübarizə apardılar. Lakin onu ölümün pəncəsindən xilas edə bilmədilər.
Yunus Xəlil oğlu Qarayev 1993-cü il sentyabrın 11-də şəhidlik zirvəsinə yüksəldi.
Məzarı Bakıda “Şəhidlər xiyabanı”ndadır. Subay idi.

Aşıq başına bağlar,
Zülfün başına bağlar,
Bülbül öldü, gül soldu,
Qaldı başına bağlar.


Hazırladı Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər