Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“GƏLƏCƏK, GƏLƏCƏK...”

Baxılıb: 1830     Tarix: 07-03-2016 20:25   
“GƏLƏCƏK, GƏLƏCƏK...”

Şirin Əhməd oğlu Şirinov 1966-ci il martın 8-də Qubadlı rayonun Qarağaclı kəndində anadan olmuşdu. 1980-ci ildə Qaracallı Orta Məktəbinin səkkizinci sinifin bitirdikdən sonra təhsilini Xanlıq kəndindəki 126 saylı Texniki Peşə Məktəbində davam etdirmişdi. 1983-cü ildə peşə məktəbin yüksək qiymətlərlə bitirdi. Şirin ali təhsil almaq fikrində idi. Lakin o, təhsilini davam etdirə bilmədi. Çünki hələ orta məktəbdə oxuyarkən onun atası vəfat etmişdi. Ailənin bütün agırlığı Şirinin üzərinə düşmüşdü. Buna görədə o, kəndəki sovxozda fəhlə işləməyə məcbur olmuşdu. 1985-ci il mayında sovet ordusu sıralarına çağırılmışdı.Hərbi xidməti başa vurub, 1987-ci ildə Vətənə qayıtdıqdan sonra sovxozda əmək fəaliyyətin davam etdirmişdi. 1988-ci il avqustun 25-də ailə həyatə qurmuşdu.
-Qarabağ hadisələri gənc Şirini hədsiz dərəcədə narahat edirdi. Erməni quldurlarının Azərbaycan xalqına qarşı haqsız iddialarla meydan sulamağı onun səbrin tükəndirmişdi.
-Həyat yoldaşı Yenigül Əhmədxan qızı deyir ki, Şirin 1992-ci ilin əvvəlində bir qış axşamı cəbhəyə könüllü getmək barədə ərizə yazanda dedim ki, iki körpə uşağı, ağır ailəni kimə tapşırıb gedirsən. Şirin ciddi bir görkəm alaraq dedi:
“Yenigül, özün bilirsən ki, mən qızlarımı hədsiz dərəcədə çox istiyirəm.
Elə mən döyüşə onları istədiyimə görə gedirəm.
Qızlarımızın, oğullarımızın xoşbəxtliyi naminə gedirəm.
Torpağımızı, elimizi, namusumuzu qorumaq üçün gedirəm.
Darıxmayın. Vətən naminə, müstəqillik naminə, qeyrət naminə hər çətinliyə dözməliyik”. O, cəbhəyə nikbin əhval-ruhiyyə ilə yola düşdü.
Şirin Başarat kəndi və onun ətrafındakı yüksəkliklərin qorunması uğrundakı döyüşlərdə fədəkarlıq göstərmişdi. Sonra işğal olunmuş Laçın rayonunun azad edilməsi uğrunda igidliklə vuruşmuşdu. Laçının Səfiyan, Fərəcan, Türklər və başqa kəndləri onun iştiraki ilə azad edilmişdi. 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən döyüşlərdə igidlik nümünəsi göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Məzarı yağı işğalında inildiyən Qarağaclı kəndinəki “Şəhidlər xiyabanı”ndadır.
Arzu və Günay adlı iki qız balası yadigarı var. Qızları balaca olarkən tez-tez soruşur “bəs atam nə vaxt gələcək?” sualına, Yengül bacı , dava qurtaranda gələcək, deyərdi. Aylar dolanır, illər ötür, daha ana uşaqların sorğu-sualına çətinlikə, kövrələ-kövrələ, boğula-boğula cavab verir: “Gələcək, gələcək...”
Ayım,gəl, ulduzum, gəl,
Sənə qurban olum, gəl,
Gözü yolda qalıbdı,
İki körpə quzum, gəl.


Hazırladı Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər