Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

VƏTƏNƏ QAYITDI...

Baxılıb: 1903     Tarix: 01-03-2016 22:05   
VƏTƏNƏ QAYITDI...
Ağalar Bəylər oğlu Şükürov 1954-cü il martın 1-də Qubadlı rayonun Xəndək kəndində anadan olmuşdu. 1970-ci ildə Muradxanlı Orta Məktəbini bitirmişdi. 1970-1973-cü illərdə Mingəçevir şəhərində işləməklə yanaşı sürücülük peşəsinə də yiyələnmişdi.
1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdi. Hərbi xidməti başa vurduqdan sonra Mingəçevir şəhərinə qayıtmış və 1981-ci ilə qədər orada işləmişdi. 1981-ci ildə Rusiyanın Altay vilayətinə gedərək əmək fəaliyyətini orda davam etdirmişdi. 1988-ci ildə Qarabağ hadisələri başlananda Ağalar xalqımızın ağır vəziyyətinə dözməyərək Vətənə qayıtmışdı, könüllü olaraq özünü müdafiə taborunun sıralarına daxil olmuş və doğma rayon torpaqlarını müdafə etmişdi. Milli ordu yarandıqdan sonra onun sıralarına qəbul olmuşdu. Rayonun Başarat, Hat, Deştəhat, Milanlı, Armudlu kəndlərinin qorunmasında fəal iştirak etmişdi. Sonura o, Laçın rayonunun Suarası, Səfiyan, Türklər, Xanalılar, Cicimli, Qızıdərəsi, Güləbird kəndlərində gedən şiddətli döyüşlərdə igidlik nümunələri göstərmişdi.
Ağalar sonrakı döyüş yolunu Cəbrayıl, Füzuli, Zəngilan və Ağdam rayonu torpaqlarında davam etdirmişdi. Göstərdiyi şücaətə görə müdafiə nazirliyinin 13 aprel 1993-cü il tarixli əmri ilə ona kiçik leytenat rütbəsi verilmiş və taqım komandiri təyin edilmişdi.
Son döyüşü 1994-cü il yanvarın 6-da Ağdam rayon Güllücə kəndində olmuşdu. Həmən gün Ağalar əsl igidlik nümunələri göstərmiş, qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdi. Yanvarın 11-də Mingəşevir “Şəhidlər xiyabanı”nda dəfn olunmuşdu. Ailəli idi. Şükür və Məğrur adlı iki oğul yadigarı var.
Şalım qara boyandı,
Ucu yerə dayandı,
Mənim ahı-nalamdən,
Çərxi-fələk oyandı.


Hazırladı Rövşən Dondarlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər