Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

SAVALAN DAĞI QƏDƏR SAVALAN DƏRDİ

Baxılıb: 21 674     Tarix: 20-02-2016 11:52   
SAVALAN DAĞI QƏDƏR SAVALAN DƏRDİ

Savalan Əmir oğlu Eminov 1968-ci il fevralın 19-da Qubadlının Qarağaclı kəndində anadan olmuşdu. 1985-ci ildə Qarağaclı Orta Məktəbini bitirmişdi. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdi. Vətənə qayıtdıqdan sonra Sumqayıt şəhərində fəhləliklə əmək fəaliyyətinə başlamışdı. Qarabağ hadisələri, erməni təcavüzü gənc Savalanın səbrini tükəndirmişdi. O, tez-tez doğma kəndə gedir, uşaqlıq dostları ilə görüşür, məsləhətləşirdi. Bu görüşlərdən birində Qarağaclı cavanları əhdi-peyman etmişdilər ki, cəbhəyə yollanıb, Vətəni birlikdə qorusunlar.Onlar öz vədlərinə əməl etdilər. Cəbhəyə yola düşən 8 dostun 3-ü ailəli (Şirin Şirinov, Qabil Quluyev, Vidadi İsmayılov), 5-i nişanlı idi. (Bəylər və Şirin Ağayev qardaşları, İlham Əliyev, Babək Cəfərov və Savalan Eminov) Nişanlılar toyu düşmən üzərində qələbə çalandan sonraya saxlamışdılar. Deyir, sən saydığını say, gör fələk nə sayır.

Odlan fələk, yan fələk,
Qəlbin olsun qan fələk,
Kiminə dərd verirsən,
Kiminə dərman fələk.


Savalan öz uşaqlıq dostları ilə birlikdə silaha sarılıb Vətənin müdafiəsinə qalxdı. O, milli ordunun sıralarında Laçın rayonunun Güləbird, Səfiyan, Fərəcan, Suarası, Xanalılar və başqa kəndlərinin, bir çox yüksəkliklərin azad edilməsi uğrunda fədakarlıqla vuruşdu. 1992-ci il avqustun 6-da Xanalılar kəndində gedən qanlı döyüşdə qəhrəmanlıqla həlak oldu. Məzarı doğma kənddəki “Şəhidlər Xiyabanı”ndadır. Nişanlı idi.

Dərd mənim, dözüm mənim,
Keçməyib sözüm mənim,
Ölsəydim, qurtarardı,
Həsrətdən gözüm mənim.


Hazırladı Rövşən Murad (Dondarlı)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər