Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

SALARAM ÜN DAĞLARA...

Baxılıb: 2677     Tarix: 17-02-2016 18:06   
SALARAM ÜN DAĞLARA...

Vahid İsgəndər oğlu Mirzəyev 1969-cu ildə Başarat kəndində anadan olmuşdu. 1986-cı ildə orta məktəbi və Bərdə şəhərində sürücülük kursunu bitirmişdi. 1987-1989-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdi. Qarabağ hadisələri başlanan günlərdən düşmənə qarşı qəzəb və kin bəsləmişdir. 1991-ci ildə könüllü surətdə əfsanəvi qəhrəman Əliyar Əliyevin başçılıq etdiyi özünümüdafiə taboruna qəbul olunmuşdu. Rayonun sərhəd kəndlərinin erməni təcavüzündən qorunmasında fəal iştirak etmişdi. 1992-ci ildə milli ordu sıralarına qəbul edilmişdi. Vahidin iştirak etdiyi ən ağır döyüşlərdən biri 1992-ci il oktyabrın 12-də olmuşdu. Həmin gün ermənilər Dağyurdu, İsavurulan və Pultapılan yüksəkliklərindən çıxarılmalı idilər. Üç istiqamətdə hücuma keçən hərbçilərimiz, polis əməkdaşları və yerli qüvvələrin köməkliyi ilə həmin yüksəkliklərdə düşmən qüvvələrini darmadağın etdilər. Həmin döyüşdə digər əskərlərimiz kimi Vahid də fədakarlıqla vuruşmuşdu. Cəsur döyüşçülərimizdən Müzəffər İbadov, Baba Niftiyev, Etimad Abbasov, Pənah Mirzəyev qəhrəmanlıqla həlak oldular. Həmin günün səhəri Qantəpər və Qaradaş uğrunda gedən döyüşlərdə də Vahid əsl igidlik nümunələri göstərmişdi. Xeyli hərbi texnikası və canlı qüvvəsi məhv edilən düşmən öz mövqelərinə çəkilməyə məcbur olmuşdu. Vahid həmin döyüşdə yaralanmışdı. Qospitaldan çıxandan sonra 1994-cü ildə Füzuli torpaqları uğrunda gedən döyüşlərdə iştirak etmişdi və yenə yaralanmışdı. Sağalandan sonra cəbhəyə qayıtmış, Füzuli rayonunun kəndlərində gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdu. Son döyüşü 1994-cü il fevralın 17-də olmuşdu. Həmin gün Füzuli torpaqları uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmanlıqla vuruşmuş və şəhidlik zirvəsinə yüksəlmişdi. Məzarı Sumqayıt “Şəhidlər Xiyabanı”ndadır. Subay idi.

Mən aşiq bütün dağa,
Ovçusan bütün dağa,
Çağırram oğul deyib,
Salaram bir ün dağa.


Təqdim etdi Rövşən Murad


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər