Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Putinə edilən təklif İrəvanı qorxuya salıb...

Baxılıb: 4593     Tarix: 16-02-2016 13:41   

1921-ci ildə imzalanan Moskva sazişinin ləğv olunması təşəbbüsü Ermənistan üçün sərfəli deyil. Onun müəllifləri bizi müharibəyə cəlb etmək istəyirlər
Putinə edilən təklif İrəvanı qorxuya salıb...

Sumqayıtfakt.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın Xalq partiyasının rəhbəri Tiqran Karapetyan bildirib.

Partiya sədrinin sözlərinə görə, son vaxtlar regionda vəziyyət gərginləşib: “Türkiyə prezidenti Azərbaycana gedir. KTMT sədri Nikolay Bardyuja bəyan edir ki, Rusiyanın Ermənistandakı bazası Türkiyə ilə münaqişə üçün nəzərdə tutulmayıb, digər problemləri həll edir. Bütün bunlar Ermənistan üçün narahat edici faktorlardır”.

Qeyd edək ki, fevralın 8-də Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

Xatırladaq ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.(azvision.az)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər