Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

İtkin şəhər-oxucu sözü

Baxılıb: 2692     Tarix: 21-01-2016 20:41   
"Oxucu sözü"

İtkin şəhər-oxucu sözü

Sözügedən Şəhər Qədim Ağsu torpağında yeddi yüz ildən artıq əvəzolunmaz xəzinə kimi gizlənmiş. Uzun illər ictimaiyyətə Xaraba Şəhər kimi təqdim olunan orta Əsr Ağsu Şəhəri Gilan şəhərdir. Bu yazını yazmaqda əsas məqsədim doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Ağsuyu və onun şanlı tarixini göz önündə canlandırmaq, təqdim etməkdir
.

İtmiş Şəhər adlandırdığım Orta əsr Ağsu şəhəri on yeddinci əsrə aid, dörd bir yanı qala divarları ilə əhatə olunmuş qırx hektar ərazidə yerləşmişdir. Şəhərin dörd bir yanı divarların çöl tərəfi dərin xəndəklə əhatə olunub. Qalanın dörd qoruqçu bürcləri vardır. Qırx hektar ərazinin bir tam onda beş hektarında tədqiqat qazıntıları aparılmışdır. Aparılmış qazıntılar zamanı çox dəyərli maddi-mənəvi materiallar tapılmışdır. Arxeoloqlar qazıntılar zamani öyrənib tapdıqları qədim şəhərin binaları emalatxanaları, təndirləri, hamamı, məscidi və başqa tikililərin əksəriyyətinə heç bir müdaxilə edilməyib, bərpa işləri aparılmayıb, necə varsa eləcədə saxlanılmış, açıq hava muzeyi yaratmışlar. İtmiş Şəhər tarixi mənbələrdə müxtəlif adlarla təqdim olunmuşdur. Şəhərin yaranması və dağıdılması barədə müxtəlif təzadlı fikirlər formalaşıb.
Tarixi çox qədim və zəngin mədəniyyətə malik olan qədim Ağsu şəhəri Sovet İttifaqı dövründə ruslar tərəfindən məqsədli şəkildə təhrif olunaraq yararsız və qəzalı ərazi kimi əhaliyə təqdim edilmişdir. Bununla da bir sıra çox dəyərli mənbələri məhv edilmişdir.
Yaranışdan bu günə qədər düşünülmüş şəkildə müstəmləkə əsarəti yeritmək siyasəti qurub, zaman-zaman tarixi saxtalaşdıran Rusiyanın bu planları özüllü səbəblərə əsaslanırdı. Belə ki, XV əsrdən bəri ərazisində yaşayış olan Ağsu vilayətində 1735-ci ildə böyük və inkişaf etmiş intensiv şəhər həyatı yaradıldı. 1806-cı ildə riyakar rus ordusu tərəfindən şəhər dağıdılmış, əhaliyə divan tutulmuşdur. Mənim belə düşünməyə əsasım vardır. Belə ki, arxeoloji qazıntılar zamanı şəhərin məscid kompleksindən rus ordusu tərəfindən şəhərə atılan top mərmisi tapılmışdır.
Ağsu şəhərinin ruslar tərəfindən dağıdılıb xarabaya çevrilməsini Sovet İttifaqı bizdən daha yaxşı bilirdi, lakin belə faktların üzə çıxarılması Rusiyanın maraqlarına uyğun deyildi.
Ağsu şəhəri ilə yanaşı bir çox belə tarixi abidələrimizin öyrənilməsinə maneələr törədilir, xalqa yanlış məlumatlar verilirdi. Məqsəd bir xalqın tarixini, dilini, dinini, mənəviyyatını ,incəsənətini kiçiltmək, zəiflətmək idi .
Ruslara çox yaxşı məlum idi ki, Ağsu şəhəri Azərbaycanın ən böyük şəhəri olması ilə yanaşı islam dininin ən geniş yayılmış olduğu şəhərlərdən biridir. Bu kimi əsaslar da praktik rus təfəkkürünə maneələr törədirdi. Belə acı məqsədlər dövrü məncə çoxdan köhnəlmiş, geridə qalmışdır. Hal-hazırda yetərincə iqtisadi-siyasi, hərbi potensiala malik güclü və müstəqil Azərbaycan Respublikası dünya svilizasiyasına tam inteqrasiya etmişdir. Müstəqil Azərbaycanımızın qurucusu, ümummilli lider Heydər Əliyev ölkəmizin tarixinə, dilinə, milli mənəvi, mental dəyərlərinə xüsusi yanaşaraq, bu sahədə çalışan mütəxəssislərə yüksək dəyər verirdi. Şükürlər olsun ki, bu gün də həmin ənənə layiqincə davam etdirilir. Xalqımızın çətin, keçmə-keçli və şərəfli tarixində həkk olunmuş acılı-şirinli bütün səhifələrini araşdırılmasına dəstək verir. Necə deyərlər: “Dünənini bilməyən xalqın işıqlı sabahı ola bilməz!” İşıqlı gələcək naminə keçmişi görmək gərəkdir. Bu gün Prezident İlham Əliyev və onun xanımı, Heydər Əliyev fondunun rəhbəri , UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tariximizin, mədəniyyətimizin, incəsənətimizin ,milli mənəvi, mental dəyərlərimizin qorunması, öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük uğurlar qazanmışlar. Elm xadimlərinə xüsusi göstərişlər verilir, əvəzsiz imkanlar yaradılır. Belə uğurlu siyasət dünya ictimaiyyətinin diqqətindən yayınmamışdır. Ağsu şəhərində aparılan tədqiqatlara kömək məqsədi ilə dünyanın bir sıra ölkələrindən (Türkiyənin Mərmərə Universitetinin laboratoriyası) şəhərə turlar təşkil olunur.
Ağsu şəhərinin tarixi çox qədim və zəngindir. Hələ eramızdan əvvəl burada yaşayış olmuşdur, keçmiş Nərgizabad kəndində(İndiki Gəgəli kəndi) ölmüş sakinləri küpün içərisində dəfn etmişdilər (kənd sakini təsərrüfatla məşğul olarkən həyət yanı sahədə qazıntı apararkən saxsı qab tapmışdır, qazıntını ehtiyatla davam etdirdikdə məlum olub ki, həmin saxsı qab küpdür və onun içində insan sümükləri, skleti vardı).Həmin tapıntıya əsasən təyin olunmuşdur ki, kəndin ərazisində eramızdan əvvəllər də insanlar yaşayıblar. Daş dövrünə aid digər tapıntılar isə rayonun Nuran kəndindədir .Orta Əsr Ağsu şəhərindən 5 km şimalda XV-XVI əsrlərə aid Ağsu kəndi tapılmışdır.
Bu qədər zəngin tarixi olan doğma Ağsu tarixinin dəryasından bir damla da mənim payıma düşərsə nə xoş mənim halıma. Bir Ağsulu kimi mənim də rayonumun tarixi barədə öz fikirlərim, düşüncələrimi paylaşmaq kimi borcum vardır.

Elnarə Günəş


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər