Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda 2500 il yaşı olan saray tapıldı - FOTO

Baxılıb: 3399     Tarix: 16-08-2016 10:38   
Azərbaycanda 2500 il yaşı olan saray tapıldı

Beynəlxalq Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində 2006-cı ildən arxeoloji qazıntı aparır.

Sumqayitfakt.Az Azərtac-a istinadən xəbər verir ki, ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə divarlarla əhatələnib. Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir. Beynəlxalq ekispedisya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.

Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: “Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdı, ancaq elitardı. Gil qablar çox azdı. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır.”

Hazırda ekspedisya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir.

Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb.

Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.

Azərbaycanda 2500 il yaşı olan saray tapıldı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər